Bəstəkar Sevinc Tofiqqızı Mübariz Mənsimova görə Türkiyə Prezidentinə rəsmi müraciət etdi

9-04-2020, 19:55 729 dəfə baxılıb

Bəstəkar Sevinc Tofiqqızı Mübariz Mənsimova görə Türkiyə Prezidentinə rəsmi müraciət etdi


Türkiyə Respublikasının Prezidenti, Ali şəxsiyyətinə xüsusi hörmət bəslədiyim,

Möhtərəm Rəcəb Təyyib Ərdoğana

Azərbaycan Respublikasının vətəndaşı, Bəstəkar Sevinc Tofiqqızı tərəfindən


MÜRACİƏT

Möhtərəm Prezident .

Əslən Azərbaycanlı olan iş adamı, Azərbaycan və Türkiyə dövlətlərini canından çox sevən, vətənpərvər qardaşımız Mübariz Mənsimov bir neçə müddətdir ki, Feto/Pyd istintaq araşdırması səbəbindən həbs olunub.

Heç kimə sirr deyil ki, Mübariz Mənsimov həbs olunmamışdan öncə ağır əməliyyat keçirib. Hazırda onun həbsdə saxlanılması durumunu daha da ağırlaşdırır. Mübariz Mənsimovun yaşlı ata və anası bu günə qədər onun həbs olunmasından xəbərsizdirlər. Bu yaşlı insanlar xəstə olduqları üçün ailə üzvləri Mübariz Mənsimovun həbsdə olması barədə onlara heç bir məlumat vermirlər. Övladlarının həbsdə olmasından xəbərsiz olan yaşlı ata-ana hər gün gözlərini qapıya dikib övladlarının evin qapısından içəri girəcəyini gözləyirlər.

Mən, bir bəstəkar olaraq Azərbaycan qədər sevdiyim Türkiyəm üçün də hər dəfə musiqilər bəstələyərkən, Azərbaycan və Türkiyənin milli maraqlarını müqəddəs bilib bayraqlarını uca tutraq başımın üzərində dalğalandırmışam. Çünki Azərbaycan və Türkiyə mənimçün müqəddəsdir, iki qardaş ölkənin Prezidentləri də mənimçün dəyərlidirlər.

Möhtərəm Prezident.

Siz də bilirsiniz ki, Mübariz Mənsimov Türkiyə və Azərbaycan üçün canından keçən bir oğuldur. O, şirkət sahibi olsa da qazancını kasıb insanlarla bölən, saysız xəstələrin müalicə xərclərini qarşılayan, evsiz olanlara təmənnasız ev–eşik hədiyyə edən, Türkiyə və Azərbaycan üçün daim xeyirli işlər görən bir insan olub. Mübariz Mənsimov Türkiyə və Azərbaycan üçün sərgilədiyi müsbət davranışları ilə ictimaiyyətin sevgisini qazanıb. Bu gün Mübariz Mənsimovu sevənlərin hər biri, Türkiyə Dövlətinin humanist hüquq sisteminə güvənərək, onun tezliklə azad edilməsinə inanırlar.

Türkiyə Dövlətinin humanist Prezidenti Rəcəb Təyyib Ərdoğan cənablarından, Mübariz Mənsimovun səhətini və ailə üzvlərinin durumunu, Azərbaycanda Mübariz Mənsimovu sevənlərin istəyini, ikinci vətənim olan Türkiyəyə bağlı olan bir Bəstəkar olaraq mənim xahişimi nəzərə alaraq, qardaşımız Mübariz Mənsimovun azad olunmasına köməklik göstərməyinizi sizdən xahiş edirəm.

Hörmətlə

Bəstəkar Sevinc Tofiqqızı


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR