Təhsil Naziriyi Azərbaycan Tarixinə müharibə açıb - Alimdən İTTİHAM

16-05-2020, 12:08 193 dəfə baxılıb

Neçə illərdir ki, Azərbaycanda Təhsil Nazirliyi tərəfindən “Azərbaycan tarixinin” tədrisinin azaldılması prosesi gedir. Hesab edirəm ki, bu adi məsələ deyildir. Bunlar yəqin ki, bununla bağlı hansısa öhdəliyə imza atıblar. Çünki bir milləti sürüyə çevirmək istəyirsənsə, onu tarix bilgidən məhrum etməlisən. Çox keçməyəcək bu nəticəni əldə edəcəksən”.

Gundemxeber.az xəbər verir ki, bu sözləri tarixçi alim Dilavər Əzimli “Facebook” statusunda yazıb.

“İlk öncə qeyd edim ki, SSRİ dövründə Tarix fakültəsində “Azərbaycan tarixi” fənnindən dərslər iki il tədris olunurdu. Üç il də ixtisas fənni tədris edilirdi. Yəni, kim bu fənni ixtisas seçirdisə, üç il də orada təhsil alırdı. Bu mənada güclü tarixçilər yetişirdi. Amma indi Ali Təhsil müəssisələrindəki tarix fakültələrində “Azərbaycan tarixinin” saatı 75 saatdır. Qeyri-ixtisas fakültələrində isə daha da azdır. Bu il bu sahəyə daha ağır bir zərbə vurublar”- deyə tarixçi alim bildirib.

Təhsil nazirliyi tərəfindən Ali Təhsil ocaqlarına gələn təlimatda qeyri-ixtisas fakültələrində “Azərbaycan tarixi” fəninin tədrisinin 45 saat müəyyənləşdirilməsini qeyd edən Dilavərt Əzimli bildir ki, bunun 30 saatı mühazirə, 15 saatı seminardır. Həm də bu fakültələrdə tədris oluncaq “Azərbaycan tarixi” fənninin qədim, orta əsrlər, yeni tarix dövrləri çıxarılmışdır. Fənin adı belə təqdim olunur: “Azərbaycanın müstəqil dövlətçilik tarixi”. Düzü bilmək olmur ki, dərs yükü Azərbaycan Xalq Cümhuriyyəti, yoxsa Azərbaycan SSR dövrü tarixindən başlayacaq, yaxud da 1991-ci ildən bu yanı götürəcəklər. Əslində, “Azərbaycan tarixi” fənnindən tədrisin bu cür azaldılması Azərbaycan dövlətçiliyi baxımından yol verilməzdir. Hesab edirik ki, qeyri-ixtisas fakültələrində Azərbaycan tarixinin qədim, orta və yeni dövləri tədris olunmaldır. Çünki hər bir Azərbaycan vətəndaşı öz tarixini bilməlidir. Bu ixtisas sahəsinin tələbələri müəyyən müddətdən sonra müxtəlif sahələrdə çalışırlar. Onların bir çoxu da elmi fəaliyyətlə məşğul olurlar. Xaricə gedəndə rastlaşdıqları alimlərin, ilk növbədə bizə düşmən olan erməni alimlərinin yalanları ilə üz-üzə gələndə, onların hansı vəziyyətə düşəcəklərini təsəvvür edirsinizmi?”

Müharibə vəziyyətində olduğumuz düşmən Ermənistanın tarixi yalanlarını ifşa edən alim qeyd edir ki, bu gün bütün Ermənistan yalançı “Erməni tarixi”nə bələddirlər. Hansını dindirirsən, yalnız yalanlara söykənən “Erməni tarixi”ndən danışırlar. Biz isə öz tariximizin tədrisini azaldır və belə getsə deyəsən, həmin fakültələr də tamamilə ləğv ediləcək:

“Təsəvvür edin ki, SSRİ zamanında ediləsi mümkün olmayanı müstəqillik dövründə özümüzünkülər etdilər. Buna nə ad vermək olar? Maraqlıdır ki, bu sahə ilə məşğul olan ziyalılarımız da susub dayanıblar. Tarixini bilməyən millətlərin aqibəti sizə məlum deyilmi? Bir fizik, riyaziyyatçı, geoloq və başqa sahənin adamları Qarabağ tarixindən söhbət düşəndə erməni aliminin əlində hazır yemə çevriləcəkdir. Hələ avropalı, amerikalıları demirik. Bunu düşünüb həyata keçirənlər nəyin fərqində olduqlarını anlamırlarmı? Düzü, bəzən düşünürsən ki, bu addımı atanlar üçün millətimizin taleyi rol oynamır. Onlar üçün əsas məsələ haradansa gələn göstərişi yerinə yetirmək və bununla bağlı ayrılan qrantları ələ keçirməkdir! Bu sahənin mütəxəssislərinə üz tuturuq ki, belə məsələdə aktiv olusunlar və münasibət bildirsinlər! Çünki bu məsələ Azərbaycan dövlətçiliyi üçün ən ciddi məsələlərdən biridir”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR