"Uşaq bağçaları açılmayacaq"

18-05-2020, 18:37 203 dəfə baxılıb

"Paytaxtda olan uşaq bağçalarının açılması ilə bağlı bu gün dəqiq nəsə deyə bilmərik".

"Report" xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Bakı merinin sözlərinə görə, mütəxəssislər nə qərar qəbul etsə, bununla bağlı yekun məsələ ictimaiyyətə açıqlanacaq.

E.Əzizov bildirib ki, yaxın gələcək üçün uşaq bağçalarının açılması gözlənilmir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR