Qarabağ məsələsinin həllində Rusiyanın mövqeyi zəifləyir - TƏHLİL

23-05-2020, 14:03 183 dəfə baxılıb

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyində hər hansı bir dəyişiklik yoxdur. Hər halda mən bunu müşahidə etmirəm. Ancaq mən deyərdim ki, bu münaqişənin həllində daha çox ABŞ rol oynayır. Bu da onunla bağlıdır ki, ABŞ-ın çəkisi böyükdür. ABŞ Qarabağ konfliktinə dair vasitəçi mexanizmində həmsədrlərdən biridir. Bu fikirləri bəzən qəbul etmirlər. Amma diqqət edin, pandemiya və böhran başlayıb. Rusiya faktiki bundan sarsılıb. ABŞ Rusiya qədər sarsılıbmı? Sözsüz ki, yox. Eləcə də Çin ABŞ-dan dəfələrlə çox sarsılıb. Bütün bunlar nəyin göstəricisidir? Məncə, bu göstərir ki, ABŞ pandemiya vəziyyətindən daha güclü çıxır. Çin, Rusiya və bəzi ölkələr zəifləyir. Sözsüz ki, bu şəraitdə Rusiyanın həmsədr kimi Qarabağ münaqişəsinin həlli prosesində mövqeləri zəifləyəcək.

Bu fikirləri Teleqraf.com-a “Turan” İnformasiya Agentliyinin direktoru, siyasi şərhçi Mehman Əliyev deyib.

Mehman Əliyev hesab edir ki, gələcəkdə ABŞ-ın mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Rusiya ilə müqayisədə güclənəcək:

“Rusiya həmsədr kimi zəifləyir. Sabah üçün ABŞ-ın təklif və qərarları daha sanballı olacaq və Rusiya da bununla hesablaşmağa məcbur olacaq. Bu gözləniləndir. Hazırda ABŞ-ın Rusiyaya qarşı ciddi pressinqləri müşahidə olunur. Vaşinqton artıq Açıq Səma Anlaşmasından çıxdı. Bundan əvvəl isə kiçik və orta mənzilli nüvə başlığı raketlər haqqında müqavilədən çıxdığını elan etmişdi. Bunlar təzyiqlərdir.Odur ki, Rusiyanın mövqeyi getdikcə zəifləyir və bununla paralel olaraq ABŞ-ın mövqeyində güclənmə müşahidə olunur. Bu mənada Azərbaycanın tərəfinin son zamanlar Avropa Bankı ilə müzakirələr aparılması anlaşılandır.

Nəzərə alın ki, Avropa Bankı əslində Marşal planının tırkib hissəsi olaraq ortaya çıxıb. Həmçinin ABŞ Prezidenti Donald Trampın 28 May Respublika Günü münasibəti ilə Azərbaycan dövlət başçısını təbrik etməsi də maraqlıdır. Trampın təbrik məktubunda Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin vurğulanması təsadüfi deyil. Bu reallıqdır ki, proseslərin gedişatında ABŞ-ın çəksii artıb”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR