"Bu sənəd Azərbaycanla Türkiyənin maraqlarına uyğundur” - deputat

25-05-2020, 11:05 206 dəfə baxılıb

"Bu sənəd Azərbaycanla Türkiyənin maraqlarına uyğundur” - deputat


Azərbaycanla Türkiyə “Bir millət, iki dövlət” modeli əsasında bütün istiqamətlər üzrə əməkdaşlığını gücləndirib. Sözsüz ki, bizim təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirilməsi çox zəruridir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.

Xatırladaq ki, mayın 31-də keçiriləcək Milli Məcisin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılacaq.

Millət vəkili bildirib ki, Azərbaycan və Türkiyə qardaş ölkələr kimi çox çətin bir bölgədə yaşayır:

“Bizim həyata keçirdiyimiz starteji sistemin qorunmasına böyük ehtiyac var. Odur ki, bir neçə istiqamətdə sənəd imzalanıb və təsdiq edilməsi üçün parlamentə təqdim edilib. Bu sənədlər mühüm istiqamət olan təhlükəsizlik, müdafiə sənayesi sahəsində əməkdaşlığımızın güclənməsinə yönəlib”.

Asim Mollazadə qeyd edib ki, bu sənədlərdə Azərbaycan və Türkiyənin birgə işləri üçün zəruri məqamlar var. Bu, əslində birgə işi gücləndirməyə yönələn qərarlardır. Sənəddə bir sıra məqamlar öz əskini tapıb. Əminəm ki, bu, bir millət və iki dövlətin maraqlarına uyğun olan sənəddir”.

Sonda müsahibimiz xatırladıb ki, təhlükəsizlik dedikdə müdafiə sisteminin gücləndirilməsi nəzərdə tutulur.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR