Əlikram Hümbətovun yaxın tərəfdaşı Kahin Əbilov koronavirusdan öldü - MİNSK XƏSTƏXANASINDA...

27-05-2020, 10:17 174 dəfə baxılıb

Belarusun paytaxtı Minskdə talış separatçılarının lideri Əlikram Hümbətovun yaxın dostu və tərəfdaşı, Beynəlxalq Talış Mədəniyyətinin Dirçəlişi Fondunun sədri və biznesmen Kahin Əbilov (Mirzəlizadə) koronavirusa yoluxma şübhəsi ilə yerləşdirildiyi xəstəxanada ölüb.

Virtualaz.org xəbər verir ki, bu haqda yerli KİV-lərə onun qohumları məlumat veriblər.

Əlikram Hümbətovun yaxın tərəfdaşı Kahin Əbilov koronavirusdan öldü

52 yaşlı Mirzəlizadəni pnevmoniya ilə xəstəxanaya yerləşdiriliblər, ona iki koronavirus testi etsələr də hər iki halda nəticə mənfi çıxıb. Lakin məlumdur ki, koronavirus aşağı tənəffüs yollarının və ağ ciyərlərin iltihabına gətirib çıxaranda ağız boşluğundan götürülmüş nümunələrdə virus aşkarlanmaya bilər. Belə hallarda birbaşa ağciyərlərdən nümunə götürmək lazım gəlir.

Bildirilir ki, Kahin Əbilovun ölüm səbəbi kimi ürək çatışmazlığı göstərilib. O, uzun müddətdir Belarusda yaşayırdı, orada institut bitirib və Minskdə yaşamağa başlayıb. Tikinti biznesi ilə məşğul olub və “Simurq” adlı tikinti şirkətinin, eyni adlı futbol klubunun sahibi idi. Oğlu İdrak Mirzəlizadə isə Belarusda tanınmış komikdir.

Əlikram Hümbətovun yaxın tərəfdaşı Kahin Əbilov koronavirusdan öldü

Kahin Əbilov habelə uzun müddət Rusiyada Azərbaycana qarşı düşmənçilik və separatçılıq fəaliyyəti ilə məşğul olan, iki il əvvəl həbs edilib Bakıya gətirilən digər talış separatçısı Fəxrəddin Abbaszadə ilə yaxın dost olub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR