Rayonlarda da həftə sonu sərt karantin rejimi tətbiq ediləcək?

9-06-2020, 12:04 294 dəfə baxılıb

Xəbər verdiyimiz kimi dünək ölkə ərazisində 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Rayonlarda karantin rejim ləğv olunduğuna görə insanların bölgələrə axını artıb. Nəticədə də bölgələrdə koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Rayonlarda da karantin rejim sırtləşdirilə və şənbə-bazar günləri insanların çölə çıxmasına qadağa qoyula bilərmi?

Deputat Nəsib Məhəməliyev bildirib ki, karantin rejimi yumşaldıldıqdan sonra bir sıra ticarət mərkəzləri, parklar, əyləncə yerləri açıldı və insanlar kütləvi şəkildə küçələrə axışdılar: "Ancaq təəssüf ki, insanların əksəriyyət heç nə olmamış kimi, nə tibbi maskalardan istifadə edir, nə də ki, sosial məsafə saxlayırlar. Yay ayları olduğuna görə rayonlara gedənlər də həmçinin. Ələlxüsusus, ənənəvi turizm infrastrukturunun inkişaf etdiyi etdiyi bölgələrdə virusa yoluxanların sayı çoxaldı. Bu da birbaşa hər bir insanın özündən, yəni, gigiyenik qaydalara necə riayət etməsindən asılıdır. Düşünürəm ki, regionlarda karantin rejiminin tətbiqinə ehtiyac yoxdur. Sadəcə mövcud, artıq özünü təsdiq etmiş qaydalara riayət etmək lazımdır. Bu xəstəliklə bağlı daim maarifləndirmə işləri aparılmalıdır. Əks halda koronavirusa yoluxanların sayı kəskin artacaq". //Sonxəbər//


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR