Koronavirus testi "ayağınıza gəlir": - 145 manatlıq testə kim icazə verib?

25-06-2020, 11:21 352 dəfə baxılıb

“Buta clinic”in sosial şəbəkə hesablarından evlərdə COVID-19 testi və ağciyərlərin rentgeninə dair elan paylaşılıb. Bütün bunların qiyməti isə 145 manatdır.

Koronavirus testi "ayağınıza gəlir":

Maraqlıdır, rəsmi qurumların icazəsi olmadan həkimlər bunu fərdi qaydada həyata keçirə bilərmi? Bunun üçün icazələri, lisenziyaları varmı?

“Buta clinic”dən Cebhe.info-ya bildirilib ki, bununla bağlı bütün özəl klinikalara icazə verilib.

Məsələ ilə bağlı tanınmış həkim Vaqif Qarayev bununla bağlı danışmağın tez olduğunu söyləyib:

“Belə olduqda qarışıq vəziyyət yaranır. Düşünürəm ki, bu mərkəzləşdirilmiş olmalı və nəzarət edilməlidir”.

Karantin rejimində fəalliyyət göstərən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası Şöbəsinin müdiri, radioloq-həkim Aydın Əliyev isə bildirib ki, bu haqda məlumatı yoxdur:

“Əslində belə bir iş təşkil olunsa, çox gözəl olar. Epidemiyanın yayılmasının da qarşısını almaqda müəyyən köməklik edər. Bu iş rəsmi, lisenziya və icazə ilə təşkil olunsa, təbii ki, qorunma vasitələri ilə, yerindəcə test götürülsə və rentgen müayinəsindən keçirilsə, yaxşı olar”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR