“Ordumuz MDB məkanında öz gücü ilə seçilir”

26-06-2020, 19:50 344 dəfə baxılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov general-polkovnik ali hərbi rütbəsini Kərəm Mustafayevə təqdim edib.
Azvision.az -ın məlumatına görə, Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev çıxış edərək deyib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı hərtərəfli, məqsədyönlü siyasət nəticəsində ordumuz nəinki Cənubi Qafqazda, hətta Müstəqil Dövlətlər Birliyi məkanında öz gücü ilə seçilən ordudur.

"Ulu Öndərin böyük ruhu qarşısında baş əyir, cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanına və Ali Məclisin Sədrinə minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Kərəm Nəriman oğlu Mustafayevə general-polkovnik hərbi rütbəsi verilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR