"Biz hələ bilmirik ki, koronavirusdan sağalmış şəxs yenidən yoluxa bilərmi?"

10-07-2020, 12:58 240 dəfə baxılıb

Səhiyyə Nazirliyi COVİD-19 virusuna yoluxan şəxslərə bəzi poliklinikalar tərəfindən xəstəlikdən sağalma haqqında arayışın test edilmədən verilməsinə münasibət bildirib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov bildirib ki, Azərbaycanda koronavirusa yoluxan şəxsin sağalması barədə arayışın verilməsi və işə buraxılma üçün bülletenin bağlanılması məqsədilə pasiyent mütləq şəkildə testdən keçirilməlidir. Vətəndaş test verdikdən sonra nəticəsi mənfi olarsa, ona arayış verilir və bülleten bağlanılır:

"Lakin nəzərə almaq lazımdır ki, həmin arayış verildiyi gün üçün etibarlı hesab edilir".

Maraqlıdır, arayış sonrakı günlər üçün etibarlı deyilmi?

Məsələ ilə bağlı Cebhe. info-ya danışan Nabil Seyidov bildirib ki, koronavirus xəstəsi olub, lakin müalicə olaraq sağalan vətəndaşa bu barədə arayış verilirsə, problem yoxdur. O, artıq işləyə bilər:

"Arayış ona görə verilir ki, vətəndaş koronavirusdan müalicə alaraq sağalıb. Lakin biz hələ bilmirik ki, koronavirusdan sağalmış şəxs yenidən yoluxa bilərmi? Düzdür, hələ təkrar yoluxma halları müşahidə edilməyib, amma ehtimallar var.

N.Seyidov qeyd edib ki, həmçinin Çin, Cənubi Koreya mütəxəssisləri sağalmış şəxsin yenidən yoluxa biləcəyini ehtimal edir: "Biz hələ dəqiq bilmirik, koronavirus davamlı immunitetə səbəb olur, yoxsa yox. Ona görə də müalicə olaraq sağalmış şəxs qaydalara əməl etməsə, maska taxmasa, yenidən koronavirusa yoluxa bilər".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR