“Azərbaycan Qarabağdakı qanunsuz obyektlərə DƏQİQ ZƏRBƏLƏR ENDİRSƏ..."

30-07-2020, 09:16 412 dəfə baxılıb

"Hətta əsrlər boyunca ermənilərə faktiki havadarlıq edərək Azərbaycana qarşı düşmən mövqe tutan Rusiya belə, “Ermənistan düz edir, haqlıdır”- deyə bilməyəcək… "


“Bəlkə də Azərbaycan Tovuzdakı erməni təxrubatı zamanı fürsətdən istifadə edib - işğal altındakı hüquqi ərazilərimizdəki erməni hərbi birləşmələrinə gözlənilməz zərbələr endirsə idi, bu gün bütün diqqət xaricdəki erməni-azərbaycanlı qarşıdurmalarına yox, Qarabağa yönələrdi…”



Bu fikri Azərbaycan-Ermənistan sərhəddindəki son gərginlikdən sonra yaranmış vəziyyətlə bağlı Moderator.az-a açıqlama verən tanınmış Qarabağ qazisi, keçmiş Laçın alayının komandiri, polkovnik Arif Paşa söyləyib.



“Neçə illərdir, o yurdların didərgn sakini olan, o torpaqların müdafiəsi uğrunda əlindən gələni etmiş bir döyüşçü, hərbçi, vətəndaş olaraq deyirik ki, Azərbaycan heç bir kənar tərəfdən icazə, “xeyir-dua”-filan gözləmədən işğal altındakı torpaqlarımızdakı hərbi obyektləri, qeyri-qanuni tikinti obyektlərini, məsələn, Araz üzərindəki körpüləri, Ermənistana yeni çəkilən yolları və s. mülki əhaliyə mümkün qədər az zərər verməklə dəqiq raket, aviasiya, dron və s. zərbələri ilə vurmalıdır.



Situasiyaya diqqət edək… Tutaq ki, biz Qarabağdakı - torpaqlarımızdakı həmin düşmən obyektlərini vurduq, o halda beynəlxalq birlik, aparıcı dövlətlər, BMT, ATƏT və s. hansı reaksiyanı verəcək? Bu məsələ dərhal dünya birliyinin müzakirəsinə səbəb olacaq. Sual ediləcək ki, Azərbaycan niyə o əraziləri bombaladı, niyə raket zərbəsi endirdi. Və beynəlxalq huquq, qanunlar müstəqil(!) Azərbaycan Respublikasının sərhədlərinin BMT çərçivəsində tanınması fonunda həmin suala belə cavab veriləcək: Azərbaycan ona görə həmin əraziləri bombaladı ki, orada işğalçı qüvvələr tərəfindən qanunsuz tikinti və məskunlaşma aparılır… O halda belə bir sual da meydana çıxacaq: hansı dövlət işğalçı qüvvələr tərəfindən aparılan qeyri-qanuni tikinti, abadlaşma, məskunlaşma və s. işlərinə haqq qazandıra biləcək? Və belə bir durumda hətta əsrlər boyunca ermənilərə faktiki havadarlıq edərək Azərbaycana qarşı düşmən mövqe tutan Rusiya belə, “Ermənistan düz edir, haqlıdır”- deyə bilməyəcək… Odur ki, Azərbaycan Qarabağdakı işğalçı, separatçı qüvvələrə belə zərbələr endirməlidir ki, torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması problemini real şəkildə beynəlxalq müstəviyə gətirib onun müzakirəsinə nail olsun… Bu cür iradəli, qəti addımlar atmasaq, hələ proses on illərlə çəkəcək və bizim nəinki övladlarımız, nəvə-nəticələrimiz belə, Qarabağ problemin ağrılarını gündəlik həyatlarında yaşamalı olacaqlar…” –deyə sabiq komandir bildirib.



Sultan Laçın


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR