“Poladın şəhərin mərkəzində heykəli qoyulsun və gənclərimiz əsgər gedəndə orda and içsinlər...”

31-07-2020, 18:45 427 dəfə baxılıb

“Poladın şəhərin mərkəzində heykəli qoyulsun və gənclərimiz əsgər gedəndə orda and içsinlər...”

“Xalq həmişə zaman-zaman haqlsızlığa, müharibələrə qarşı öz qəhrəmanlıqların yaradıb. Hətta olmayanda misktik qəhrəman yaradıblar ki, xalq onun işığında öz qəhrəmanlığınl sübut etsin. Amma general-mayor Polad Həşimovun sifətində, baxışında elə bir işıq var ki, adam məttəl qalır”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. O, general-mayor Polad Həşimovun adının Qəbələdə küçələrdən birinə verilməsini alqışlayaraq, Bakıda heykəlinin qoyulmasını təklif edib:

“Bütün zamanlarda klassik ədəbiyyatlarımızdakı mistik obrazlarımız xalqın ehtiyacından yaranıb. Xalq həmişə zaman-zaman haqsızlığa, müharibələrə qarşı öz qəhrəmanlıqların yaradıb. Hətta olmayanda mistik qəhrəman yaradıblar ki, xalq onun işığında öz qəhrəmanlığını sübut etsin. Amma general-mayor Polad Həşimovun sifətində, baxışında elə bir işıq var ki, adam məttəl qalır. Sanki Poladın üzündə peyğəmbər nişanəsi var. Onun qohumu mənim dostumdur və Poladla bağlı maraqlı əhvalatlar danışır. Ermənilər faşist Njdeyə heykəl qoyub özlərinə simvol yaradırlar. Türkdən qorxan erməni bizim fərasətsizliyimizdən istifadə edərək artıq bizlərə meydan oxuyur, xaricdə bizlərə hücum edirlər.
Bu mənada Polad real qəhrhəmandır, bunu hamı da təsdiq edir. Ona görə təkcə Qəbələdə yox, təklif edirəm ki, Bakıda adına prospekt verilsin və şəhərin mərkəzində heykəli ucaldılsın. Onun heykəli ətrafında gənclərimiz əsgər gedəndə, ailə quranda and içsinlər. Biz şəxsiyyətlərimizi artıq bütün dünyaya təqdim etməyi bacarmalıyıq. Bir-birimizi sevməliyik, paxıllıq, qısqanclıq, yerliçilik bu milləti məhv edib. Adama bütün bunlardan dəhşətə gəlir. Biz bu stereotipi, düşüncə tərzini dəyişməsək, faydası olmayacaq. Biz hələ də ibtidai mağar psixologiyası ilə yaşayırıq. Bunun da günahkarı ermənidir, çünki azərbaycanlıları ordan qovanda içlərində bura azərbaycanlılaşmış erməni uşaqları göndəriblər. Bununla bağlı məndə sənəd var və buna Mikoyan məktəbi deyirlər. Hesab edirəm ki, Polad Azərbaycan xalqı üçün göydəndüşmə, təbərrük bir şəxsiyyətdir”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR