"Bu işlərin formatını düşünmək lazımdır"

26-08-2020, 10:34 476 dəfə baxılıb

“Sentyabırın 1-dən sonra rayonlara gediş-gəliş açılmalı, toyların keçirilməsinə icazə verilməlidir”.
Yenisabah.az xəbər verir ki, bunu professor Adil Qeybulla deyib.
Professor bildirib ki, insanlar 6 aydan yuxarıdır ki, gözləyirlər: “Bu işlərin formatını düşünmək lazımdır. Hansı formarda toylar baş tutacaq, qapalı mühitdə insanlar necə davranacaq və s. kimi sualların cavabları verilməlidir”.
Adil Qeybulla hesab edir ki, bundan sonra müxtəlif bəhanələrlə insanları “evdə qal”a qayıtmaq onların əsəb sistemi ilə oynamaq deməkdir: “Bu, onları böyük bir depressiyaya məruz qoymaqdır.
Əksinə, maarifləndirici tədbirlər həyata keçirmək lazımıdr ki, insanlar öz həyatlarını qura bilsinlər. Qadağaların hamısı ləvg olunmalıdır. Karantin davranışlarına isə ciddi əməl olunmalıdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR