Məktəblər açılır: bufetə qadağa, bəs tualetə?

3-09-2020, 21:16 440 dəfə baxılıb

Məlumdur ki, sentyabr ayının 15-dən ümumtəhsil müəssisələrdə dərslərə start veriləcək. Lakin pandemiya şəraiti olduğundan valideynləri narahat edən bir neçə məqam var. Məsələn, məktəb bufetləri və sanitar qovşaqlardakı vəziyyət.

Mövzu ilə əlaqədar Lent.az -ın sorğusuna Təhsil Nazirliyindən cavab verilib. Bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar ümumtəhsil müəssisələrində bufetlərin istifadəsi məhdudlaşdırılıb:

“Sanitar qovşaqların texniki və gigiyenik vəziyyəti isə yaxşılaşdırılaraq yeni tədris ilinə hazırlanır”.

Həmçinin vurğulanıb ki, ümumtəhsil müəssisələrində yeni davranış qaydaları tezliklə ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, dərslər ibtidai siniflər üzrə sentyabrın 15-dən, məktəbəhazırlıq mərhələsi (5 yaş) və V-IX siniflər oktyabrın 1-dən, X-XI siniflər üçün isə oktyabrın 15-dən başlayacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR