Hər bir azərbaycanlı sosial şəbəkələrdə diqqətli olmalıdır

23-09-2020, 11:32 171 dəfə baxılıb

şəbəkələr vasitəsilə təxribat həyata keçirir. Onlar sosial şəbəkələr üzərindən müxtəlif dezinformasiya məlumatları yayırlar. Hətta onlar azərbaycanlıların şəxsi məlumatlarını da oğurlayaraq onları müxtəlif kəşfiyyat xarakterli əməliyyatlarda istifadə etməyə cəhd göstərirlər".

Bu sözləri "Kanal 5" internet televiziyasının redaktoru, "Hərbi sahədə ixtisaslaşmış jurnalistlər" İctimai Birliyinin üzvü Siyavuş Əmirli "Şərq"ə açıqlamasında deyib. O bildirib ki, bu məsələlərdə hər bir azərbaycanlı çox diqqətli olmalıdır: "2016-cı ilin aprel hadisələrində gördük ki, ermənilər saxta profillərdən istifadə edərək müxtəlif təxribatlara əl atırlar. Xatırlayırsınızsa, aprel hadisələri zamanı "whatsap" üzərində səs yayılmışdı ki, guya, Tərtər və Ağdam rayonlarının əhalisi köçür. Azərbaycan ordusu qaçır. Bu da ölkədə kütləvi çaxnaşmaya səbəb oldu. Sonra Azərbaycan əhalisi və media toparlanaraq, buna qarşı birgə mübarizə apardı. Bunun dezinformasiya olduğunu sübut edə bildik. Eyni hal builki Tovuz hadisələrində də baş verdi. Belə ki, Almaniyada yaşayan bir azərbaycanlı Tovuzun mərkəzində hərbi hissənin, artirelliya divizyonunun erməni ordusu tərəfindən vurulması ilə bağlı dezinformasiya yaydı. Düzdü, sonradan etiraf elədi ki, bunu zarafat üçün edib. Amma bu, zarafat deyildi. Həmin xəbər əhali arasında kifayət qədər çaxnaşma yaratdı. Bu cür yalan və boş məlumatların yayılmasına yol vermək olmaz. Təəssüf ki, bu sahədə kifayət qədər ciddi boşluqlar var. Hər kəs birmənalı şəkildə bilməlidir ki, düşmənin əsas məqsədi sosial şəbəkələr üzərində müxtəlif dezinformasiya məlumatları yayaraq insanları qorxuya salmaqdır".

"Gələn bir məsələyə də diqqət yetirək. Bu yaxınlarda bildiyimiz kimi, Azərbaycanda ehtiyatda olan şəxslərin hərbi toplanışları başladı. Düzdür, bu hər il olur. Müharibə şəraitində olan ölkə üçün prezidentin göstərişinə əsasən, belə təlimlərin keçirilməsi vacibdir. Amma bəzi media nümayəndələri bunu tam başqa formada təqdim etdi. Məsələn, "Səfərbərlik elan olunub" və ya " İnsanlar birbaşa avtobuslara doldurularaq, cəbhə bölgəsinə göndərilirlər" və sair. Belə informasiyaları yaymaq özü yanlışlıqdır.

Əhalini məlumatlandırmaq lazım idi ki, sadəcə, ehtiyatda olan hərbiçilər çağrılaraq təlimlər keçəcəklər. Təlimlərin də əsas məqsədi onların əvvəl qazandıqları bacarıqların yaddan çıxarılmamasıdır. Bu şəxslərin bəzən özləri, qohumları bilməyərəkdən onların şəkillərini çəkib sosial şəbəkələrdə paylaşırlar. Deyək ki, tutaq ki, əmimi, qardaşımı, dayımı çağırdılar getdi döyüşə və sair sosial şəbəkədə məlumat yazır. Bu zaman həmin paylaşımda şəxsin şəkli, adı, soyadı, yaşadığı və doğulduğu rayon, şəhər qeyd olunur. Sonra bu məlumatlardan ermənilər asanlıqla istifadə edirlər. Bilirsiniz ki, əks kəşfiyyatın məqsədlərindən biri düşmən ölkənin ərazisinə girməkdir. Onlar bu məlumatlar əsasında özünü yerli adam kimi təqdim edir. Nəticədə düşmən ölkəyə rahat daxil olaraq öz dövləti üçün məlumatlar toplayır və yaxud da diversiya törədirlər"- deyə, jurnalist S.Əmirli əlavə edib.

S.Əmirli qeyd edib ki, bu gün ən böyük problemlərdən biri də dil məsələsidir:

"Bu gün informasiya müharibəsində gənclərimiz zəiflik nümayiş etdirirlər. Ermənilərə rus və ingilis dillərində cavab verəcək mütəxəssislərimizin, vətəndaşlarımızın, gənclərimizin sayı azdır. Ermənilərin xüsusi xidmət orqanları isə bu sahədə kifayət qədər təlimatlanıblar".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR