Tətildən sonra təhsildə vəziyyət düzələcək? - AÇIQLAMA

20-10-2020, 11:52 191 dəfə baxılıb

“Pandemiyanın təsir etdiyi və xeyli ziyan vurduğu sahələrdən biri də təhsildir. Bu həssas sahə xeyli problemlərlə qarşılaşması ilə yadda qaldı”.

Bunu Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti İlqar Orucov Modern.az-a açıqlamasında bildirib.

“Bu təhlükə hələ ki sovuşmayıb. Açığı keçən tədris ilinin ikinci yarısından, xüsusilə mart ayından ənənəvi formadan məsafəli tədris formasına keçidlə əlaqəli bəzi çətinliklər oldu. Bizim həm təhsil alanlarımız, həm də tədris verənlərimiz bu çətinliklə qarşılaşdı. Bunun səbəbi Azərbaycanda distant təhsil sahəsində xeyli çatışmamazlığın olmasıdır. Biz, təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri olaraq qısa müddətdə nə mümkündürsə etdik. Əlbəttə ki bu problemdən çıxış yollarından biri də vətəndaşlarımızın məsuliyyəti dərk edib, qaydalara əməl etmələridir. Bununla da pandemiyanın yayılmasının sürəti azalar”,- İ.Orucov əlavə edib.

İlqar Orucovun sözlərinə görə, bu problem təkcə Azərbaycan təhsilinə aid deyil. Bütövlükdə dünyada çox ciddi çətinliklərlər yaşanmaqdadır:

“Təsadüfi deyil ki, BMT-nin məhz təhsillə bağlı məsələləri koordinasiya edən qurumu, YUNESKO ciddi həyəcan təbili çalır. Bütün bəşəriyyət üçün bu təhlükənin təhsil sektoruna mənfi təsirlərini YUNESKO ekspertləri hər zaman qeyd edirlər. Pandemiyanın təsiri ilə dünyanın 100-dən çox ölkəsində təhsil bu və ya digər formada dayandırılıb. Bir çox təhsil üzrə inkişaf etmiş ölkələrdə belə bu sahə xeyli zərərlə üzləşib.

Bizim üçün digər narahatedici məqam ondan ibarətdir ki, Azərbaycana qarşı erməni təxribatları nəticəsində internetin sürəti də zəiflədi. Bu səbəblə də distant təhsildən danışmaq mümkün deyil. Bunun nəticəsi olaraq hökumət adekvat qərar qəbul edərək, vaxtından əvvəl tətil elan etdi.

Bildiyiniz kimi, erməni təxribatları nəticəsində cəbhə boyu bölgələrdə 1200-dən çox məktəbimiz bağlanıb. Düşünürəm ki, tətil müddətindən sonra vəziyyət düzələcək”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR