Qarabağda ilk dəfə sınaqdan keçirildi: “Bayraktar” tapdı, “Harop” məhv etdi

10-11-2020, 11:26 294 dəfə baxılıb

Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının əməliyyatçıları ilk dəfə olaraq Türkiyənin “Bayraktar” hücum dronunun və İsrailin “Harop” loitering sursatlarının eyni vaxtda istifadəsi üzrə bənzərsiz xüsusi əməliyyat hazırlayıb həyata keçiriblər.

Bu barədə haqqin.az saytı məlumat yayıb.

Məlumata görə, dünyada pilotsuz uçan aparatların (PUA) döyüşdə istifadəsi tarixində ilk dəfə hücum PUA-sı və baraj edən döyüş sursatının tandemində düşmənin "Tor-M2KM" zenit raket kompleksinin (ZRK) yeri müəyyən olunub və ardından həmin kompleks məhv edilib.

Xatırladaq ki, bu əməliyyat Azərbaycan Silahlı Qüvvələrinin Xocavənd bölgəsinə uğurlu hücumu zamanı həyata keçirilib və nəticədə bu gün Silahlı Qüvvələrin Ali Komandanı İlham Əliyev tərəfindən elan edilmiş bir sıra yaşayış məntəqələri azad olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR