Bərdədə bayraq rəzaləti – İcra başçısı Azərbaycan və Türkiyə bayraqlarını sökərək zibilliyə atıb -VIDEO

25-11-2020, 20:40 206 dəfə baxılıb

Bərdədə bayraq rəzaləti – İcra başçısı Azərbaycan və Türkiyə bayraqlarını sökərək zibilliyə atıb -VIDEO


Bərdədə görünməmiş hadisə baş verib. ANAXEBER.info xəbər verir ki, icra başçısı Vidadi İsayev Azərbaycan və Türkiyə bayraqlarını sökərək zibilliyə atıb. Bu barədə sosial şəbəkələrdə video da yayılıb. Bu rəzaləti telefonların yaddaşına köçürüb sosial şəbəkədə paylaşanlar icra başçısını ittiham ediblər. Vidadi İsayev ən çox narazılığa səbəb olan icra başçılarından hesab edilir. Onun qanunsuz əməlləri barədə mətbuatda çoxsaylı materiallar dərc edilib. Həmin yazılardan belə qənaətə gəlmək olur ki, Vidadi İsayev üçün müqəddəs heç nə yoxdur. Məsələn o, koronavirus infeksiyasının tüğyan etdiyi dövrdə apteklərdən spirt və tibbi maskanı yığışdırıb, yaxın ətrafına daxil olan şəxslərin inhisarına verib. Özü də nümayişkəranə şəkildə. Bərdədə hər kəs bu barədə yüksəkdən danışır. Yəni, Vidadi İsayevin bu əməlindən xəbəri olmayan yoxdur. Amma bu icra başçısını narahat etmir. İkinci Qarabağ savaşında isə icra başçısı daha bir rəzalətə imza atıb. O, cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan və erməni silahlı qüvvələrinin raket zərbələri nəticəsində evlərini itirərək Bərdəyə sığınan vətəndaşlar üçün nəzərdə tutula yardımları əlaltdan satdırırmış. Bildirilir ki, bu yardımlar ayrı-ayrı iş adamları tərəfindən gətirilib. “Yardımlar Ağdam və Tərtərdə mütəmadi olaraq Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulan və bu baxımdan Bərdəyə yerləşdirilən mülki əhali üçün nəzərdə tutulub. Həmin yardımları iş adamları, ayrı-ayrı vətəndaşlar gətirib. Bərdə Rayon İcra Hakimiyyəti isə həmin yardımları yığıb zirzəmiyə, heç kimə vermir. Bütün bunlar şəxsən Vidadi İsayevin göstərişi ilə verir. Yardımlar barədə məlumatı olan vətəndaşların müraciətinə əhəmiyyət verilmir, onlar süründürməçiliyə məruz qalır. Qəsdən belə edilir ki, yardım üçün müraciət edilməsin”, - yayılan məlumatlarda deyilir. Yardımların satılması barədə şübhələr var. Məlumatlarda vurğulanır ki, bu iş Bərdənin bələdiyyə sədri Sadiq Xəlilovun əli ilə həyata keçirilir. Sadiq Xəlilov Vidadi İsayevə yaxın şəxs kimi tanınır. Başqa bir məlumatda isə Vidadi İsayevin əsgərlər üçün nəzərdə tutulan yardımları mənimsədiyi iddia edilir. Vətəndaşların sözlərinə görə, minlərlə insanın ön cəbhəyə göndərdiyi yardım paylarının Bərdə Rayon İcra Hakimiyyəti rəsmiləri tərəfindən hərbiçilərə çatdırılacığı vəd edilsə də, ancaq həmin yardımların bir hissəsinin ünvanına tam çatdırılmadığı məlum olub. Vətəndaşlar sözügedən məsələnin araşdırılması üçün Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət etdiklərini deyirlər. Bərdə Ağsaqqallar Şurasının Təftiş Komissiyasının sədri Bəhrəm Nərimanov Vidadi İsayevin əsgər malını oğurlamasına inandığını bildirib: "Onun pis əməlləri təkcə bununla bitmir. Vidadi İsayev Bərdəyə icra başçısı təyin olunandan sonra rayonu viran qoyub, bunu bütün ölkə bilir. Axı siz niyə təkcə Vidadi İsayevin əsgər yardımını mənimsəməsi məsələsinin arxasına düşürsünüz? Bu, xırda məsələdir. Vidadi İsayev Bərdənin tarixini xalqımıza unutduran adamdır. Tariximizi itirtmək ən böyük şərəfsizlikdir. Vidadi İsayev Bərdənin tarixi silməklə məşğul olur. O, Bərdədə 20 Yanvar Şəhidlərinin yerini dolduraraq öz qaynına mağaza yeri kimi verib. Bu gün ermənilər buna görə üzərimizə gəlir. Vidadi İsayev vətənpərvər məmur deyil, o, oğrudur. Mən onun əsgər payını oğurlamasına inanıram. Vidadi İsayev lap gedib ordumuzun içərisindən də oğurluq edər". Bəhrəm Nərimanov Vidadi İsayevin əməlləri barədə ölkə Prezidentinə də müraciət olunduğunu söyləyib. Bərdə rayon İcra Hakimiyyətinin keçmiş müavini Vidadi İmamquliyev deyib ki, rayonda Vidadi İsayevdən ciddi narazılıq var: "Mən onun konkret olaraq əsgər payını oğurlaması barədə dəqiq söz deyə bilmərəm. Amma onun əməlləri ilə bağlı xoşagəlməz məlumatlar eşidirəm. Eşitmişəm ki, Bərdə rayon İcra Hakimiyyətinə toplanılan yardımlar bəzi əliəyri adamlar vasitəsilə başqa yerlərə paylanılır və sairə. Belə məlumatları eşitmişəm, amma dəqiq olduğunu bilmirəm".
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR