Gürcüstanlı sahibkar Baş prokurora və Daxili İşlər nazirinə müracət etdi

26-11-2020, 23:00 278 dəfə baxılıb

Gürcüstanlı sahibkar Baş prokurora və Daxili İşlər nazirinə müracət etdi

Yasamal rayonu, M.Muxtarov ,dalan 4 ev 3- də müvəqqəti yaşayan Janaşiya Leyla Mixailovna
Azərbaycan Respublikası baş Prokuroru cənab Kamran Əliyevə və Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi dərc edirik:



"Hörmətli Cənab Prokuror!!!
Hörmətli Cənab Nazir!!!

Yazıb Sizə bildirirəm ki, mən 1996- cı ildən Azərbaycana gəlib- gedirəm. Özüm Gürcüstan vətəndaşıyam.Təxminən 2006 –ci ildə Gürcüstan Respublikasının vətəndaşı ,milliyyətcə azərbaycanlı olan Rebeka Saxtarova adlı qadınla tanış oldum.Həmin ərəfələrdə mən qədim (antekvar ) əşyaların alqı -satqısı ilə məşğul olurdum. Bu baxımdan mən azərbaycan dilini bilmədiyim üçün Rebeka mənə köməklik edirdi. BUM-da icarəyə götürdüyüm yerin icarə məsələlərində, vergi məsələlərində mənə köməklik edirdi. Sonradan Rebeka mənim etibarımdan sui- istifadə edərək mallarımın ona məxsus olduğunu bildirdi. Mən xarici vətəndaş , azərbaycan dilini bilmədiyim üçün Rebeka mənim başıma çox oyun gətirdi.
Bununla bağlı mən Səbail rayon Polis İdarəsinə şikayət etdim. İş Səbail Polis İdarəsinin Müstəntiqi Cavid Məmmədovun icraatına verildi. Lakin Cavid mənimlə oyun oynadı . Qarşı tərəfə işlədi. Hələ mən çox şeyləri açıqlamaq istəmirəm. Mağazada olan əmlaklarıma aid sənədləri ona təqdim etməyimə baxmayaraq həmin sənədlər işin içərisindən çıxarılmışdır. Sonradan işin içərisinə o başqa səndələr əlavə etmişdir. O mənim şikayətim əsasında cinayət işinin başlanması haqqında qərarın rədd edilməsi barədə qərar çıxartdı. Bakı Şəhər Prokuroru İlqar Abbasova müraciətimdən sonra həmin qərar rədd edilib yenidən Pİ –nə göndərildi. Yenə də eyni işi ona həvalə etdilər. Yenə də o işi araşdırmadan , məni , vəkilimi ora dəvət etmədən rədd qərarı verdi.
Hörmətli Prokuror!!!
Hörmətli Cənab Nazir!!!

Müstəntiq Cavid Məmmədov Məhkəmə qərarı olmadan mənim əmlakımın üzərinə qanunsuz olaraq həbs qoymuş, qanunsuz saxlanca yerləşdirib girov saxlanması barədə qərar qəbul etmişdir.
Xahiş edirəm ki, onun barəsində ciddi ölçü görəsiniz! Müstəntiqin belə qərarlar verməyi vəzifə səlahiyyətlərini aşmaq, qanunlara hörmətsizlik kimi başa düşülür. Xahiş edirəm Onun barəsində ciddi ölçü götürüb qanunsuz qəbul edilmiş qərarı ləğv edəsiniz.

Tel: 055 668 44 55
Leyla Janaşiya"


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR