Kamil şəhid Xudayar haqqında: "Mərmi atıldı, oturduğumuz yerdə başımızı tutduq"

1-12-2020, 13:26 311 dəfə baxılıb

Tanınmış fitnes ustası Kamil Zeynallı 22 yaşlı şəhid gizir Xudayar Yusifli haqqında xatirələrini izləyiciləri ilə bölüşüb.

Kamil Xudayarla döyüşlərdə iştirakını belə xatırlayır:

"Xudu, Allah sənə rəhmət eləsin. Sabah sənin dünyadan köçməyindən 40 gün keçəcək. Gəlib sənin ocağını, məzarını ziyarət edəcəm. Biz səninlə oturub söhbətlər eləmişdik ki, musiqidə sənə dəstək olacaqdım. Arada snaperlə nə qədər düşmən vurduğunu deyirdin. Yorulanda başqa silah götürürdün.

Söhbət zamanı düşmən tərəfindən mərmi atıldı, oturduğumuz yerdə başımızı tutduq. Mərmi gəlib kənara düşdü. Zarafata dedik ki, həmişə belə səhv atmısınız. Dedik, güldük.... Sənin necə gözəl insan olduğunu necə yazım burada? Necə izah edim bilmirəm. Sən başqa insan idin.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR