İsmayıllıya uzun illər mədəniyyət və turizm sahəsi üçün ayrılan milyonlar kimlər tərəfindən mənimsənilib?

7-06-2021, 01:58 227 dəfə baxılıb

İsmayıllıya uzun illər mədəniyyət və turizm sahəsi üçün ayrılan milyonlar kimlər tərəfindən mənimsənilib?

Mədəniyyət və turizm nazirliyinin İsmayıllıda yerləşən regional mərkəzinin vəziyyəti ürəkaçan deyil. Əvvəla onu qeyd edək ki, hələ nazirlikdə yeni dəyişikliklər olunmamış, bu idarənin uzun illər ərzində müdiri vəzifəsində çalışmış Azər Abbasov dövlət vəsaitlərini talamaqla məşğul olub. Bu üzdən rayonun mədəniyyət klubları, mədəniyyət evləri dağılaraq yararsız hala düşüb və nəticədə bu müəssisələrin fəaliyyəti dayandırılıb. Xeyli sayda işçilər ixtisara salınıb ya ümumiyyətlə işsiz qalıb. Azər Abbasov qeyd edilən müəssisələrin dağılmasına şərait yaradıb. Belə ki, hər il klub və mədəniyyət evlərinin təmir tikintisi üçün ayrılmış milyonlar Müdir və sairlər tərəfindən mənimsənilib. Təbii ki, belə olan halda klublar baxımsızlıqdan dağılıb. Həmin klub və mədəniyyət evlərinin avadanlıqları, inventarları silinərək satılıb. Rayon mədəniyyət mərkəzinin inventarlari, musiqi alətləri, elektrik aparatları satılıb. Köhnə avadanlıqlar təzə adı ilə rəsmiləşdirilərək kənd və qəsəbələrin klub və mədəniyyət evlərinə verilib, nəticədə dövlətin yeni avadanlıqların alınması üçün ayırdığı küllü miqdarda vəsait mənimsənilib. Hər il yumşaq və bərk inventarların alınması üçün ayrılmış vəsaitlərin mənimsənildiyi göz qabağındadır. Sabiq icra hakimiyyəti başçısı Mirdamət Sadıqovun dövründə rayon üçün ayrılmış 5 milyon pulun xərclənməsi barədə ətraflı, şəffaf məlumat yoxdur. Həmin dövrdə rayon mədəniyyət evinin bir neçə dəfə sökülüb tikilməsi də sıradan olan faktlar arasındadır. Uzun illər ərzində ezamiyyətə göndərilən işçilərin ezamiyyə xərclərinin ödənilməməsi də dəqiq informasiyadır. İşə götürmə bütün hallarda rüşvət ilə həyata keçirilib. Mərkəzdə onlarla qeyri-ixtisas işçilər var ki, onların bu sahə barəsində heç bir bilgiləri yoxdur. Uzun illərdir ki, İsmayıllı rayonunda ali təhsilli ancaq işə götürülməyib kənarda qalan ixtisaslı kadrlar var. Çünki onlar Azər Abbasovun istədiyi rüşvəti verə bilməyiblər. Rayon incəsənət məktəbinin təmiri üçün ayrılmış vəsaitlərin mənimsənildiyi göz qabağındadır. Burada necə əsaslı təmir işləri aparılıb ki, məktəbin istilik sistemi yoxdur, məktəbin daxili dağılıb. İncəsənət məktəbində hədsiz qanunsuzluqlar baş alıb gedir. Burada ölü canlar meydan sulayır. Adı olub, özü ısə ortalıqda olmayan, respublikanın ayrı-ayrı yerlərində yaşayan hətta xaricdə yaşayan şəxslər var ki, adlarına xeyli dərs saatları var və onlara məxsus maaş kartları Azər Abbasovun cibindədir. Hər qış mövsümü üçün klublara aylıq 60 letr dizel yanacağı ayrılaraq mənimsənilir. Azər Abbasovun arxasında kimlər dayanırsa onlar dövlətin maraqlarını ayaqlar altına atmaqla öz maraqlarını üstün tuturlar. Bu sahədəki qanunsuz əməlləri ifşa edərək yenidən ictimaiyyətə çatdırılması üçün fəaliyyətə başlayırıq. Bizi izləməyə davam edin.

Elçin İsmayıllı.

İsmayıllıya uzun illər mədəniyyət və turizm sahəsi üçün ayrılan milyonlar kimlər tərəfindən mənimsənilib?
İsmayıllıya uzun illər mədəniyyət və turizm sahəsi üçün ayrılan milyonlar kimlər tərəfindən mənimsənilib?


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR