Kənd təsərrüfatı nazirliyinin İsmayıllıda yerləşən regional idarəsi haqqında şok faktlar, ifşaedici məlumatlar

9-06-2021, 00:13 141 dəfə baxılıb

Kənd təsərrüfatı nazirliyinin İsmayıllıda yerləşən regional idarəsi haqqında şok faktlar, ifşaedici məlumatlar

Kənd təsərrüfatı nazirliyinin İsmayıllıda yerləşən regional idarəsi "DAİM" barəsində redaksiyamıza şok məlumatlar daxil olub. Eyni məzmunlu məsələ ilə bağlı bir ay bundan əvvəl, idarədən işdən çıxarılmış və bunu şəxsinə qarşı ədalətsiz qərar kimi qiymətləndirərək KİV lərə müraciət edən sabiq "DAİM"əməkdaşı Amid Tahirov da bildirmişdi. Amid Tahirov vaxtilə bu idarədə 8-il işlədiyini və gördüklərini yazmışdı. Ancaq son günlər bu idarə haqqında daha ciddi faktlar ortaya çıxmaqdadır. Belə ki, idarəyə sosial işçilər kimi işə götürülmüş şəxslərin maaş kartları rəis Rövşən Yəhyayev cənablarının cibindədir. Əslində bu işçilərin kəndlərdəki baytarlıq və sair məntəqələrdə işləməli olduğu bildirilir. Ancaq məntəqə sədrləri bu adamları tanımır. İşçilərin bir hissəsi ölkənin ayrı-ayrı yerlərində yaşayır, ya işləyirlər. Ancaq adlarına pul köçürmələri həyata keçirilir və mənimsənilir. İşçilər içərisində xeyli sayda rəis Rövşən Yəhyayev və baytarlıq idarəsinin rəisi Mahir Bayramov cənablarının qohumları var. Bu şəxslərin hər birinə aylıq 250 azn pul yazılır. Baytarlıq idarəsinin balansında olan 3-ədəd 3 təkərli motoskleti satılmışdır. "DAİM" məxsus 4 ədəd müxtəlif markalı avtomobillər ayrı-ayrı şəxslərin istifadəsinə verilmişdir və hazırda dövlətin texnikalarının bir qrup şəxsin korporativ maraqlarına xidmət etdiyi bildirilir. Baytarlıq idarəsində labaratoriya sahəsində çalışan xanım gözdən əlildir və rayon səhiyyəsinin qeydiyyatındadır. Ancaq həmin xanım rəhbərliyə yaxın olduğu üçün işinə davam etməkdədir. Maraqlıdır ki, labaratoriya kimi məsuliyyətli bir işi ona necə həvalə ediblər? Axı qanun bunu qadağan edir.1.Babayev Vaqif Qərib oğlu. 2.Asvarov Agazər Asvar oğlu. Bu şəxslərin də adlarının olub, özlərinin ortalıqda olmadığı bildirilir.İdarənin saxta statistika ilə Mərkəzi hakimiyyət orqanlarını aldatdığını söyləyirlər. Belə ki, statistikada göstərilən əkin sahələri, fındıq bağları, kənd təsərrüfatı məhsulları yalnız kağız üzərində olaraq qalır. Rayon icra hakimiyyəti başçısının aparatı hər il bu məlumatlar əsasında başçının illik hesabatını təqdim edirlər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR