"Gözüm aydın ki, sən Qazisən..."

14-06-2021, 10:35 348 dəfə baxılıb

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə Göyçay rayon 1-ci Ərəbcəbirli kənd sakini,Vətən müharibəsi Qazisi Əliyev Rauf Elçin oğlu tərəfindən şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Prezident yazaraq Sizə bildirmək istəyirəm ki,mən 1997-ci il təvəllüdlü Əliyev Rauf Elçin oğlu 5 oktyabr 2020-ci il tarixdə könüllü olaraq 2-ci Vətən müharibəsinə qatılmışam.Cəbrayıl,Qubadlı və Şuşa istiqamətində döyüşmüşəm və yaralanmışam.28 yanvar 2021-ci il tarixdə təxris olunmuşam.
Həmçinin bildirmək istəyirəm ki,biz Göyçay rayon 1-ci Ərəbcəbirli kəndində mərhum babam Əliyev Zeynal Babakişi oğlundan miras qalmış mülkdə yaşayırıq.Atam Əliyev Elçin Zeynal oğlu onu dünyaya gətirən və böyüdüb boya-başa çatdıran yaşlı valideynlərinin bütün yükünü onların ahıl çağlarında öz üzərinə götürmüşdür.Lakin baba-nənəmin vəfatından sonra,uzun illər boyu Rusiya Federasiyasında yaşayan və onu dünyaya gətirən valideynləri ilə əvvəllər heç vaxt maraqlanmayan əmim Əliyev Elman Zeynal oğlu sonradan valideynlərindən ona da miras payı düşdüyünü başa düşərək ata yurduna geri qayıtdı.Belə ki,atam Əliyev Elçin Zeynal oğlu və əmim Əliyev Elman Zeynal oğlu öz aralarında razılşaraq,təxminən 4 il öncə valideynlərindən onlara qalmış mirası bölüşdürdülər.Hətta sənədləşdirmə zamanı həm özünün,həm də əmimin bütün xərclərini(5000 manat)atam öz üzərinə götürdü.Lakin hətənyanı torpaq sahələrimizin ətəyində bir zamanlar mərhum babam Zeynal Əliyevin istifadəsində olmuş 0.6 ha boş torpaq sahəsi mövcuddur.Həmin torpaq sahəsi Bələdiyyə mülkiyyəti olduğu halda 5 il və ya 5 ildən daha artıq müddətdir ki,atam Əliyev Elçin Zeynal oğlunun istifadəsindədir.Mən də atamın razılığını alaraq,həmin torpaq sahəsində xüsusi təsərrüfat olmaq məqsədilə oranı rəsmi qaydada öz adıma sənədləşdirmək üçün Göyçay rayon 1-ci Ərəbcəbirli kənd Bələdiyyəsinə müraciət etdim.Bələdiyyə sədri Pərviz Məmmədov öz Bələdiyyəlik postuna yenicə təyin olunduğu üçün öz işində olan bir çox məsələlərdən xəbərsizdir.Lakin neçə-neçə Bələdiyyə sədrlərini yola salmış onun müavini Asif Məmmədov qərəzli narazılıq etməyə başladı.O,əmimlə qanunsuz sövdələşmələr apardığı və əlbir olduğu üçün həmin 0.6 ha torpaq torpaq sahəsinin mənim adıma sənədləşməsinə mane oldu.Mən bununla bağlı Göyçay rayon İcra Hakimiyyətliyinə öz şikayətimi bildirdim.Dəfələrlə cəhd etsəm də,Qazi olmağıma baxmayaraq məni rayon İcra Hakimiyyəti Başçısı Mehdi Səlimzadənin qəbuluna buraxmadılar.İcra Hakimiyyəti Başçısının birinci müavini İkram Əliyevin qəbulunda oldum və o,məsələnin həllini öz götürəcəyini vəd etdi. Ərəbcəbirli kənd Bələdiyyəsinə tapşırıq verdi.Lakin yenə də Asif Məmmədov mənə köməklik göstərmədi.Əksinə o,mənimlə olduqca kobud danışdı.Mənə"gedib döyüşmüsən və qarşılığında pul almısan.Gözüm aydın ki,sən qazisən,get hara şikayət edirsən et,heç kimdən qorxmuram"dedi.
Mənə edilən hörmətsizlikdən,haqsızlıqdan Sizə üz tuturam!Sizdən çox xahiş edirəm,mənimsənmiş haqqımın bərpa olunması üçün mənə köməklik göstərəsiniz!Məlumunuz olsun ki,mənə qarşı qərəzli davranış nümayiş etdirən Asif Məmmədov özü Bələdiyyə sədri işlədiyi zaman ərzində və həmçinin bir çox Bələdiyyə sədrinə müavin işlədiyi vaxtlarda yaxşı maddi imkan əldə etmişdir.Həmçinin mənə məlum olmuşdur ki,onun arxalandığı hansısa vəzifəli şəxslər var və ona görə də heçkimdən qorxmadan istədiyini etməkdədir.
Sizdən bir daha xahiş edirəm,mənə köməklik göstərəsiniz. Atam və əmim özlərinə miras qalmış mülki öz aralarında artıq bölüşdürmüşlər və qalan 0.6 ha torpaq sahəsi isə Bələdiyyə torpağıdır.Mən müharibəyə getməmişdən öncə həmin Bələdiyyə torpağı bizim həyətyanı torpaq sahəmiz olduğu halda,əmim Elman Əliyev valideynlərimin Bakı şəhərində,mənim də müharibədə olduğumu fürsət bilib həmin 0.6 ha torpağı öz həyətinə salaraq,hasarlamışdır.
Sizdən bir daha xahiş edirəm, Asif Məmmədov barəsində ciddi araşdırma aparılması üçün tapşırıq verəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...




loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR