Samux sakini, birinci qrup əlil!Həkim masaj üçün hər seansa görə 7 manat pul istəyir!Video müraciət

20-09-2021, 11:00 137 dəfə baxılıb

Samux sakini, birinci qrup əlil!Həkim masaj üçün hər seansa görə 7 manat pul istəyir!Video müraciət


<embed width="1224" height="480" src="https://www.youtube.com/embed/_7aduYiICOY" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>

Samux rayon sakini Nəbiağalı qəsəbəsi 28 may küçəsi ev 13- də yaşayan Məmmədov Azər Fəxrəddin oğlu.Birinci qrup əlildir və uzun müddətdir ki,yataq xəstəsidir.Xəstənin sağ tərəfi iflic olduğu üçün hərəkətsizdir.Bu məsələ ilə bağlı qardaşı Məmmədov Cavanşir Fəxrəddin oğlu mətbuat nümayəndələrinə müraciət edərək kömək istəyir.
Cavanşir Məmmədov! Qardaşım Məmmədov Azər Fəxrəddin oğlu birinci qrup əlildir.Sağ tərəfi iflic olduğu üçün hərəkət edə bilmir və yataq xəstəsidir.Mən də məcburiyyət qarşısında qalıb ona xidmət edirəm.Qardaşımın iynə-dərmanına pul çatdıra bilmirəm.Adam bütün il ərzində müalicə olunmalıdır.Bütün bunlar böyük vəsait tələb edir.Həkim hər gün 15 dəqiqə masaj eləmək üçün məndən 7 manat pul istəyir.Mən bilmirəm o,pulu hardan,kimdən alım.Hər gün 3 dəfə Pampers dəyişilməlidir və onun təqaüdü heç pampersin pulunu etmir.Bilmirəm hara kimə müraciət edim.
Samux rayonunda əlillərə,xəstələrə baxmırlar.Kimin yanına gediriksə boyun qaçırır və bir-birilərinin üstünə göndərirlər.İynə-dərmanları özüm almışam və tibb bacısı sağ olsun gəlib iynələri vurur.Ancaq masaj üçün pul verə bilmirəm.Bizə düz əməlli bir masaj həkimi vermirlər ki,bu xəstəni masaj etsin, bəlkə ayağa qalxdı.Mənim pul ilə masaj elətdirməyə gücüm çatmır.
Mən üzümü mətbuat nümayəndələrinə tutaraq kömək istəyirəm.Xahiş edirəm bu problemi ictimaiyyətə təqdim edin bəlkə bir xeyri olar.Qoy nazir Sahil Babayev görsün ki,onun xəstə üçün verdiyi təqaüd heç pampersin pulunu etmir.Adam fikirləşəndə az qala dəli ola.Mən mətbuat nümayəndələrindən kömək istəyirəm.Bu məsələni kütləvi şəkildə ictimailəşdirin.
Redaksiyadan: Ölkəmizdə belə hallar həddindən artıq çoxdur.Bu ondan xəbər verir ki, ölkədə səhiyyə yox səviyyəsindədir və ölkə səhiyyəsi bazar qaydaları ilə idarə olunur.Ölkədə bütün səhiyyə ocaqlarında rüşvət halları var,xəstələrə gəlir mənbəyi kimi baxırlar.Çünki ölkədə qanunlar işləmir.Biz də öz tərəfimizdən Samux rayon səhiyyəsinin rəhbərliyindən tələb edirik ki, xəstənin şikayətini təmin edərək qanunlara hörmətlə yanaşsın.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Məktublar şöbəsi.
Samux sakini, birinci qrup əlil!Həkim masaj üçün hər seansa görə 7 manat pul istəyir!Video müraciət


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR