İsmayıllı rayon Qubaxəlilli kənd sakini yenidən Prezident və birinci xanımdan video-müraciət edərək kömək istədi

24-09-2021, 13:06 138 dəfə baxılıb

İsmayıllı rayon Qubaxəlilli kənd sakini yenidən Prezident və birinci xanımdan video-müraciət edərək kömək istədi

İsmayıllı rayon Qubaxəlilli kənd sakini Heyvaxanım Şirinova yenidən video müraciət edərək dövlət başçısından və onun xanımı Mehriban Əliyevadan kömək istəyir.
Şikayətçi bir neçə gün əvvəl də eyni mövzuda video müraciət edərək kömək istəmişdi.
Şikayətçi övladının vərəm xəstəsi olduğunu bildirir və qeyd edir ki,bu xəstəliyə görə övladı beş il müddətində əlillik təqaüdü alıb.Ancaq bu ilin əvvəlindən təqaüdünü kəsiblər.Mənim övladım qaranlıq yolla təqaüdə çıxmayıb.İstəyirlər yoxlasınlar.Mən onun müalicəsi üçün pul tapmıram.Özüm də xəstəyəm.Mən prezident İlham Əliyev cənablarına müraciət edərək kömək istəyirəm.Mən birinci xanım Mehriban Əliyevadan kömək istəyirəm.Mənim övladımın təqaüdünün bərpa olunmasına kömək edin.
Redaksiyadan: Doğrudur qeyd olunan Şirinov Murad Nazim oğlu həqiqətən ağır vərəm xəstəsidir.Biz də dövlət qurumlarına müraciət edərək kömək etmələrini xahiş edirik.Çünki ailənin durumu çox ağırdır.

İnformasiya şöbəsi.

<embed width="1224" height="480" src="https://www.youtube.com/embed/Q9YGebUmnvQ" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR