Biləsuvarlı Murov qartalı - foto

27-09-2021, 01:56 181 dəfə baxılıb

Biləsuvarlı Murov qartalı - foto

Şəhidlərimiz haqqında  məlumatlarla  tanış  olduqca,  apardığım  araşdıranda  diqqətimi  qürur  verici  bir  məqam   cəlb  etdi. Şəhidlərimizin  hamsı, valideyinlərin, yaxınların  bilib  dediklərindən  başqa, mən özümdə, tam  əminliklə  qət etdim ki, hər  bir şəhidmizin  ürəyində vətən sevgisi, torpağa  bağlılığlıq, 30 illik  iztirabdan, utancdan  millətin, xalqın  yaxasın  qurtarmaq  eşqi  çox  güclü  olub. Hər  bir şəhidmizin  içindən  gələn  bu  sevgi  sanki, boylarına  biçilibmiş. Bu  hissi  o  qədər  yaşadım ki, içimdən bu  misralar, göz  yaşımla  varaqa  töküldü.

Oxuya, oxuya, gülə-gülə,
Vətən  səni  sevgi  ilə. 
Qorumağa    getdilər, 
Arzusuna   yetdilər.
Atıldılar  döyüşə,
Düşmən  düşdü  təşvişə.
Bu  igidlər, ərənlər,
Vənən  sənçin  ölənlər.
Şəhid  olub  getdilər,
Arzusuna  yetdilər.

Həqiqətəndə  o  oğullar,  vətən  eşqi  ilə   şəhidliyə  ucaldılar. Vətənin,  ərənlərdən  bizə  əmanət  qoyulan  varlığını  tanıtdılar...
Biləsuvar ayonunun  Əsgərabad  kəndindən olan  şəhid  balamız  İlkin İslam  oğlu  Abıyev də  məhz  belə  şəhidlərimizdən  biri  olub. 2013 - 2015-ci  illərdə  vətənə  olan  hərbi  xidmət  borcunu  yerinə  yetirsə də,  vətən  eşqi, hərbidə  olduğu  müddətdə  hərbi  sirrə  laqincə  yiyələyindən,  yenidən  hərbiyə  qayıtmaq,  özünü  vətənə  xidmətdə  hərbiçi  olmaq  istəyini  valideyinlərinə  deyir. Atası  İslam  kişi  oğlunu  başqa  bir  sahədə  iş tapıb  işləməsini  məsləhət  bilsədə,  İlkin  öz  istəyinin  arxasıyca  getməyini  ortaya  qoyur. Lazım  olan  sənədlərini  toplayıb  müddətdən  artıq  xidmət  işçisi  kimi  xidmətinə   başlayır. Yiyələndiyi  hərbi  sirləri, hərbi  nizam-intizamı, hərbi  texnikayla  davranmağı  gənc  əsgərlərə  sevə-sevə  öyrədir. Özünün  qəlbində olan  vətən  sevgisini  gənc  əsgərlərə  aşlayır.
Qısa  arayış: - İlkin  İslam  oğlu  Abıyev  1995-ci ilin yanvar ayının 18 - də,  Biləsuvar rayonun  Əsgərabad kəndində,   müəllim  ailəsində dünyaya  göz açır. İki  bacının  bir  qardaşı  olur. 2002 - 2013 - ci  ildə  Əsgərabad  kənd  tam  orta  məktıbində  təhsil   alır.  Subay  idi.
Mənfur  ermənilərin  mütəmadi  atəşkəs  pozmaları,  şəhidlərmizin  olması  hər  bir  azərbaycanlı  kimi, bir  hərbiçi  kimi  İlkinidə  narahat  edir. Daimi  düşmənə  yerin  tanıtdırmaq  ürəyindən  keçir. Hərbiyə  qayıdandan  sonra, düşmənin  torpaqlarımızda  qurduğu   mövqeylərinə  yaxın  hərbi  mövqeylərimizdə hərbi  xidmətini  keçir. Buda  İlkinin  düşmən  xilsətinə  bələd  olmaqa  kömək  edir.
27  sentyabr  2020-ci ildə, Azərbaycan Silahlı Qüvvələr  Ordusunun  qarşısına  qoyulan  tapşırığı laiqincə yerinə yetirərkən  xidmət  etdiyi  Murov  yüksəkliyində,  şəhidlik  zirvəsinə    yüksələn  İlkin  İslam  oğlu  Abıyevin  cənazəsi,  Azərbaycan  bayrağına  bükülərək  doğulub boya-başa çatdığı  Biləsuvar  rayonunun Əsgərabad  kəndinə  gətrilir. Şəhid  balamız  İlkin  İslam  oğlu  Abıyevin  nəşi,  rayon  ictimaiyyətinin, icra hakimiyyəti nümayəndələrinin, kənd  sakinlərinin  izdihamı  altında  torpağa  tapşırılır.
Dövlətmiz,  şəhid  balamız   İlkin  Abıyevin döyüşdə  göstərdiyi  şücaəti,  "Vətənə  uğrunda", "İgidliyə  görə", Kəlbəcərin azad  olunmasına  görə"  medalları  ilə  mükafatlandırır.
 Daimi  qəlbimizdə  yaşayacaq şəhidlərmizin hər birinə Allahdan rəhmət, məkanlarının cənnət olsını, nur içində yatmalarını diləyirəm.
Biləsuvarlı  İlkin  İslam  Abıyev  haqqında  video  çarxlarda  eşitdiyim " o  sanki  qartal idi" kəlməsi  yazının  sonun  çatdırana  qədər  yadımdan  bir  anda  olsun  çıxmadı. Elə  başlığıda  əvvəldən  "Biləsuvarlı  Murov  qartalı" qoydum. Qartal  kimi  düşmən  üzərinə şığıyan  igidlərimiz bizə  30 ilin  ağrısın, acısın  unutdurdular. Qürurmuzu  özümüzə  qaytardılar.
Sizin  qarşınızda  baş  əyirik, şəhidlərmiz, qazilərmiz, döyüşən  igidlərmiz.
Bu  vətən  babalardan  bizə  əmanət idi, siz o  əmanəti  ləyaqətlə  gələcək  nəsilə  ötürdünüz. Ruhunuz  şad  olsun.
Allah  sizlərə  şəfa  versin.
Allah sizləri  qorusun.

Biləsuvarlı Murov qartalı - foto
Biləsuvarlı Murov qartalı - foto


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR