“Deputatların maaşı artıb, qiymət artımına səs çıxarmırlar” sözlərinə millət vəkilindən CAVAB

3-08-2018, 16:43 459 dəfə baxılıb

“Deputatların maaşı artıb, qiymət artımına səs çıxarmırlar” sözlərinə millət vəkilindən CAVAB
“Deputatların maaşı artıb, qiymət artımına səs çıxarmırlar” sözlərinə millət vəkilindən CAVAB
Bir neçə gün əvvəl Tarif Şurası ölkədə nəqliyyatın qiymətini qaldırdıqdan sonra məsələyə sadə vətəndaşlarla yanaşı məşhur simalar da öz etirazlarını bildirib. Bu məşhur simalardan biri də müğənni Nura Suridir.

O, bu məsələ haqda bunları deyib: “Bu qiymət artımı nəyə lazımdır? Nə etmək istəyirsiniz? İnsanları niyə qıcıqlandırırsınız bilmək olar? Deputatlar, millətin vəkilləri niyə danışmırlar? Maaşları artıb, sakit oturublar”.

Müğənninin sözlərinə cavab olaraq deputat Fazil Mustafa BiG.AZ-a açıqlamasında bildirib ki, mətbuatda və sosial şəbəkələrdə Tarif Şurasının qərarı ilə bağlı səsləndirən fikirləri oxumadan, bilmədən danışmaq Azərbaycanda ənənəyə çevrilib:“Mənim bununla bağlı tənqidi açıqlamamı bir saytda 20 mindən çox insan oxudu. Bundan əlavə Tarif Şurasının qərarını Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Əli Məsimli və digər deputalarımız tənqid etdi. Bu açıqlamaları oxumadan, bilmədən hansısa fikir səsləndirmək doğru deyil. İstər müğənni, istərsə də digər sənətin nümayədəsi olsun, bu cür ittiham edici formada danışmamalıdır. Ola bilər ki, deputatların açıqlaması onları qane etməsin. Burda hər kəs fərdi məsuliyyət daşıyır. Hamı eyni musiqinin tempini tutacaq deyə bir anlayış yoxdur. Hər kəsin öz fikri və məsələyə baxış tərzi var. Biz bu məsələnin bir vətandaş üçün böyük sıxıntı yaradacağını vurğulamışıq. Gərək o açıqlamalar oxunsun ki, bu cür əsassız danışılmasın”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR