Rövşən Lənkəranskinin qardaşı Şeyx Həmzətlə görüşdü

20-08-2018, 14:53 1103 dəfə baxılıb

Rövşən Lənkəranskinin qardaşı Şeyx Həmzətlə görüşdü


2016-cı ildə qətlə yetirilmiş azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin (Lənkəranski) qarşdaşı Namiq Canıyev çeçen əsilli kriminal avtoritet Şeyx Həmzət Qastemirovla görüşüb.

Baş tutmuş görüşü əks etdirən foto sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Rövşən Lənkəranskinin qətlindən sonra Şeyx Həmzət onun qisasını alacağına söz vermiş və bu işdə öldürülmüş kriminal avtoritetin qardaşına dəstək vəd etmişdi.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin Keşlə gömrük postunun rəisi, 2016-cı ilin avqustunda Türkiyədə qətlə yetirilən "qanuni oğru" Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı, keçmiş gömrük polkovniki Namiq Canıyev bir müddət əvvəl İstanbulda saxlanılmışdı.

KİV-in məlumatına görə, bir müddət həbsdə qalan Canıyev bu vaxt ərzində işdən azad olunub.

N.Canıyevin qardaşı R. Lənkəranskinin qətlində ittiham etdiyi digər azərbaycanlı "qanuni oğru" Nadir Səlifova (Lotu Quli) qəsd üçün İstanbulda toplaşdığı bildirilirdi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR