"Sosial baxımdan gərginlik yaşayan şəhid ailələrinə yardım göstərilməsi alqışlanmalıdır"

7-09-2018, 09:12 449 dəfə baxılıb

"Sosial baxımdan gərginlik yaşayan şəhid ailələrinə yardım göstərilməsi alqışlanmalıdır"



Müdafiə Nazirliyinin nümayəndələri yeni tədris ili ərəfəsində şəhid ailələri və Qarabağ əlillərinin ailəsinə baş çəkib, onların məktəbli övladlarına dərs ləvazimatları hədiyyə edib.

Müdafiə Nazirliyinin bu addımı həm şəhid ailələrinin yada salınması, həm də onlara yardım göstərilməsi baxımından cəmiyyətdə də təqdirlə qarşılanıb.

Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə baş verənlərin hər kəs üçün nümunə olduğunu vurğuladı:



“Müdafiə Nazirliyinin bu addımı çox müsbət bir işdir. Bu kimi addımlar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Şəhid ailələri yaddan çıxmamalı, hamımız tərəfindən xatırlanmalıdır. Şəhid ailələrinə hamımız diqqət və qayğı göstərməliyik. Sosial baxımdan müəyyən gərginlik yaşayan şəhid ailələrinə yardımların göstərilməsi isə ikiqat təqdirəlayiqdir. Bu cür addımlar alqışlanmalıdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR