Səfər Əbiyevin prokuror oğlu işdən çıxarıldı

26-11-2018, 14:36 323 dəfə baxılıb

Səfər Əbiyevin prokuror oğlu işdən çıxarıldı

Azərbaycanın sabiq müdafiə nazirinin oğlu işdən çıxarılıb.

Report-un məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakının Xəzər rayon prokurorunun köməkçisi vəzifəsində çalışan Roman Əbiyev öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, R.Əbiyev Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyevin oğludur.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR