Hər uşağı 6 yaşından məktəbə qoymaq yanlışdır` - Nevroloq

26-11-2018, 14:21 443 dəfə baxılıb

Hər uşağı 6 yaşından məktəbə qoymaq yanlışdır` - Nevroloq


Hər uşağı 6 yaşından məktəbə qoymaq düzgün deyil. Dəyişkən xarakterə malik uşaqların tez, 6 yaşda məktəbə getməsi onların gərginliyə düşməsi və psixoloji durumlarının pozulmasına səbəb olur. Belə uşaqlarda erkən yaşda nevrotik tiklər yaranır.

Bu sözləri nevroloq Xəyalə Məmmədova uşaqlarda nevroloji pozuntular, körpə uşaqlarda əsəblə bağlı yaranmış fəsadlar barədə "Kaspi” qəzetinə müsahibəsi zamanı bildirib.

X.Məmmədovanın sözlərinə görə, məktəbdə uşaqlara verilən ev tapşırıqlarının da həddən artıq olması onsuz da həssas olan uşaqlara mənfi təsir edir:

"Uşaq tam normaldırsa, 6 yaşında məktəbə getməsi təbiidir. Dəyişkən uşaqlar üçün isə 6 yaş tez sayılır.

Məktəbdə həddindən artıq çox tapşırıq verilir. Elə uşaq var ki, riyaziyyatı çox yaxşı bilir, dərsdən əlavə on məsələ də versələr, öz istəyi ilə xoşluqla edir. Amma həmin uşaq, məsələn, biologiya, tarixi eyni qaydada istəmir. Valideyn o uşağın üstünə düşməməlidir ki, riyaziyyat kimi bu biri fənləri də oxu. Çünki bu, düzgün yanaşma deyil. Uşaq həmişə hansısa fənnə meyilli olur.

Avropa məktəblərində uşağa təkcə dərs keçmirlər, həm də şəxsiyyət yetişdirirlər. Uşaqlar dərslə yüklənmir. Ona görə, uşaqlarda nə nevrotik tiklər olur, nə hansısa nevroloji problem”.

Həkim bildirib ki, uşaqlarda nevroloji əlamətlərin əmələ gəlməsinə əsas səbələrdən biri valideynlərin özləridir:

"Dəfələrlə olub ki, müalicə məqsədilə uşağı yanıma gətiriblər, ancaq müayinədən sonra valideynə müalicə yazmışam. Müalicədən sonra da məlum olub ki, artıq hər şey qaydasındadır. Valideynlər uşağın əsəbiliyinin səbəbini özlərində axtarsalar, daha yaxşı olar”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR