9-cu “zon”un rəis müavini niyə işindən qovulub?

18-12-2018, 11:53 405 dəfə baxılıb

9-cu “zon”un rəis müavini niyə işindən qovulub?

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsinin tərbiyəvi məsələlər üzrə rəis müavini Azər Bağırzadə tutduğu vəzifədən qovulub.

Bu barədə Gununsesi.org-a Penitensiar Xidmətədki mənbələrdən bildirilib.

İlkin məlumata görə, Azər Bağırzadə məhkumlardan rüşvət tələb etdiyi üçün vəzifəsindən atılıb.

Məhbuslar arasında Azər Bağırzadə müəssisədə tərbiyəvi işlər əvəzinə həm də məhkumlara işgəncə verməsi əməlləri ilə tanınıb.

Xəbəri dəqiqləşdirmək üçün Penitensiar Xidmətə telefon açsaq da zənglərimiz cavabsız qaldı. Məsələ ilə bağlı bu qurumun mövqeyini işqlandırmağa hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR