9-cu sinfi bitirənlər peşə təhsilinə cəlb ediləcək - Nazir

20-12-2018, 17:25 367 dəfə baxılıb

9-cu sinfi bitirənlər peşə təhsilinə cəlb ediləcək - Nazir


Hazırda bizim əsas səylərimiz icbari təhsili, yəni 9-cu sinfi bitirən şagirdlərə yönəlib. Biz onları peşə təhsilinə cəlb etməyə çalışırıq.

Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycanda insan kapitalı üzrə forumda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda işçi ehtiyatlarının əmək bacarıqları aşağıdır. Bu da ölkə iqtisadiyyatı üçün problemlər yaradır. Nazir məhz buna görə ölkədə hazırda müasir texniki peşə təhsilinin qurulmasına bu qədər önəm verildiyini söyləyib.

C.Bayramov bildirib ki, erkən uşaq təhsili təhsilin sonrakı pillələrində daha yüksək nəticələrin əldə edilməsinə imkan yaradır: "Biz bunu aydın olaraq beynəlxalq qiymətləndirmə tədqiqatlarında müşahidə edirik. Təhsil Nazirliyi olaraq iki təşəbbüsü həyata keçiririk. İlk növbədə 5-6 yaşlı uşaqlar üçün məktəbhazırlıq proqramı və icma əsaslı məktəbəqədər qrupları yaradılıb. Hər iki təşəbbüsün icrasında mövcud təhsil infrastrukturundan istifadə edilib".

C.Bayramov əlavə edib ki, görülən tədbirlərin nəticəsi olaraq, qısa müddətdə məktəbəhazırlıq təhsili ilə əhatə səviyyəsi 24 faizdən 75 faizə yüksəlib.

Nazir qeyd edib ki, son bir necə ildə peşə təhsili alanların sayı əhəmiyyətli dərəcədə artıb.

Təhsil naziri həmçinin Azərbaycanın xarici ölkələrin ali məktəbləri ilə birgə ikili diplom proqramlarının həyata keçirəcəyini söyləyib. O, əsas prioritetlərin kənd təsərrüfatı, informasiya texnologiyaları, səhiyyə olacağını da bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR