“Cadugər ovu” və yaxud Gəncə təhsilindəki olay haqda

13-02-2019, 14:38 493 dəfə baxılıb

“Cadugər ovu” və yaxud  Gəncə təhsilindəki olay haqda

Məlum olduğu kimi, internet məkanındakı azadlıq və özbaşınalıq əksər hallarda mənfi fəsadlara gətirib çıxarır. Hər hansı bir ictimai və ya dövlət əhəmiyyətli hadisə zamanı şayiələr, dezinformasiyalar, məqsədli təxribat cəhdləri baş alıb gedir və bəzi qüvvələr ajiotaj yaratmağa çalışırlar. Nəticədə cəmiyyət yalan informasiya ilə yüklənir, sosial narazılıq yaranır, dövlət orqanlarına qarşı haqsız qınaqlar formalaşır.

Bundan başqa, bu xəbərlərin yalan olduğu ortaya çıxandan sonra cəmiyyətdə mediaya inam da itir. Halbuki, ənənəvi ciddi media belə biabırçılığa yol vermir, yoxlanmamış, təsdiqlənməmiş informasiya yaymır. Lakin oxucuların çoxu ciddi media ilə sosial şəbəkə səhifələrini ayırd edə bilmir və hamısına media kimi baxır. Problem ondadır ki, bizdə media deyəndə bunlar hamısı birlikdə götürülür. Oxucuların əksəriyyəti ciddi media ilə sosial şəbəkə səhifələrini seçə bilmir. Nəticədə, qurunun oduna yaş da yanır.

Bəzən saytlara yanlış informasiya qəsdən ötürülür, özü də müxtəlif mənbələrlə. Sonradan aydın olur ki, bu qərəzli şəkildə edilib.
Məsələn götürək Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynova qarşı mediadakı “səlib yürüşü”nü. Səbəb də odur ki, 10 saylı məktəbdsədirektor və valideyn saçyolduya çıxıb. Bunu bayraq ediblər, arxasınca da tanınmış prdaqoqu ağlasılmaz suçlarda ittiham ediblər. Korrupsiyada, anarxiyada və sair. Axırda da əlavə ediblər ki, Elmar Vəliyevin adamı olub.
Həzarat, Elmar Vəliyev dövlətə xəyanətdə ittiham olub ya nədir? Bu məmur vəzifə başında yaralanıb, səhhətinə görə işindən azad edilib. Vəliyevlərin bu dövlətə sədaqətli olmasını hamı bilir.
Bu ailənin üzvləri müxtəlif dövlət qulluqlarındadır. İkinci bir tərəfdən kimin kiminsə adamı olması və bu kimi ittihamlara Qərbdə “cadugər ovu” deyirlər. Bu termini bilməyənlər oxuyub maraqlanıb mənasını tapa bilərlər.
Qayıdaq məktəbdəki davaya. Gəncə təhsilində yüzlərlə direktor, müəllim, münlərlə valideyn var. Hər bir insanın fərdi xüsusiyyətləri var. Zakir Hüseynov istəsə belə hər bir müəllimə ,direktora nəzarət edə bilməz. Bu mümkün deyil axı.
Və ən başlıcası, ölkənin ikincı böyük şəhərinə təhsil müdiri heç vaxt təsadüfi adam olmur. Az qala yazıb təhsil nazirinə kadr siyasəti haqda məsləhət verirlər. Zakir Hüseynovun kitabları və pedoğoji təcrübəsi haqda bu adamlar nə bilir? Heç nə. Odur ki, cənablar, bir az ədalətli olmaq lazımdır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR