Mehdi Səlimzadə kreslosunu zəbt edən sürücüsün döymək istəyib?

4-03-2019, 12:08 927 dəfə baxılıb

Mehdi Səlimzadə kreslosunu zəbt edən sürücüsün döymək istəyib?

Göyçay rayon İca Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ölkə Prezidenti tərəfindən ona həvalə edilən İcra başçısı otağını və kreslonu karvansara otağına döndərib. Kim gəldi bu otağa girə və prezidentin yerdəki nümayəndəsinin kreslosunda otura bilər.

Elə fotolardan da göründüyü kimi Göyçay İH-nin başçısı kreslosunda qardaşı oğlu, sürücü Toğrul Səlim oğlu Səlimzadə oturaraq müxtəlif pozlarda fotolar çəkdirir. Hələ biz başçının otağını hər gün təmizləyən sübsrkəçinin də fotolar çəkib-çəkmədiyini bilmirik. Olsa da buna təccüb etmərik. Çünki, bir icra başçısı ona həvalə olunan kresloda kim gəldi otuzdurursa, deməli o kresloda urvat qalmayıb.

Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qardaşı oğlu həm də sürücüsu olan Toğrul Səlimzadəyə belə bir səlahiyyət veribsə onu əvəz etməsi üçün bunu deyə bilmərik. Amma bildiyimiz budur ki,bu rayona tez-tez dövlətin və hökumətin müxtəlif yüksək vəzifələri səfər edirlər onlar belə başçıya hörmətsizlik edib o kresloda oturmurlar.

Görünür Mehdi Səlimzadəyə bu boyda rayonu etibar etmək düzgün olmayıb. Çünki, ona öz qardaşı oğlu,adı sürücü belə hörmət qoymur və onun kreslosunda oturur.
Əlavə nəsə yazmağa nə hacət fotolar hər şeyi deyir.


Göyçay rayon İca Hakimiyyətinin başçısı Mehdi Səlimzadə ona həvalə edilən kreslonun başına gətirilən olayla bağlı qardaşı oğlu və sürücüsü Toğrul Səlim oğlu Səlimzadəni elə işçilərin gözü önündə cə döyməyə cəht edib.Adının açıqlanmasın istəməyən mənbədən daxil olan məlumatda qeyd edilir ki, Mehdi Səlimzadə Toğrul Səlimzadənin bu hərəkəti ilə bağlı ciddi sinir krizi belə keçirib.Elə bu səbəbdən də yayılan xəbərin qarşısın almaq üçün rayondakı məmurlara göstəriş verib.
Mənbənin məlumatına görə, İH-nin başçısı Mehdi Səlimzadə qardaşı oğlunun belə bir tərbiyəsizliyinin necə və hansı şəkildə mətbuata sızdırıldığın araşdırır.

Mənbə Veteninfo.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR