Məhkəmə sədrinin oğlu bölmə rəisi təyin edilib - ƏMR

12-03-2019, 19:03 425 dəfə baxılıb

Məhkəmə sədrinin oğlu bölmə rəisi təyin edilib - ƏMR

Daxili işlər orqanlarında yeni təyinat olub.

ONA-nın məlumatına görə, bir neçə gün tutduğu vəzifədən azad edilərək sərəncama götürülən Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Ruslan Zeyqəm oğlu Hüseynov yeni vəzifəyə təyinat alıb.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə R. Hüseynov Bakının Nərimanov Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işinin təşkili bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, R. Hüseynov Sumqayıt şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynovun oğludur.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR