Bakıya yeni elektrik xətti çəkilir

2-04-2019, 17:05 451 dəfə baxılıb

Bakıya yeni elektrik xətti çəkilir


Bu barədə "Azərenerji”dən bildirilib.

"Azərenerji” ASC Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlığını və dayanıqlığını daha da gücləndirmək məqsədi ilə, Şirvan şəhərində yerləşən "Cənub” Elektrik Stansiyasından "Xırdalan” yarımstansiyasına 220 kV-luq yüksək gərginlikli yeni elektrik veriliş xətti çəkir.

Bu barədə "Azərenerji”dən bildirilib.

Yeni xəttin çəkilməsi enerji sistemin etibarlığını artırmaqla yanaşı, həm də, şəhərə daxil olan hansısa yüksəkgərginlikli hava xəttində problem yaranarsa, yükün bir xətdən başqa xəttin üstünə keçirilməsinə imkan yarada biləcək.

ASC-ın məlumatıma görə, yeni xətt istifadəyə verildikdən sonra, digər yüksəkgərginlikli xətləri açıb, onların üzərində təmir-bərpa işləri aparmaq da asanlaşacaq. Şirvandan Xırdalana 108 km məsafədə çəkilən 220 kV-luq yüksək gərginlikli elektrik veriliş xətti üzrə 367 anker dayaqdan 365-i quraşdırılıb və 14 km istisna olmaqla, naqillər asılıb. Yaxın günlərdə işlər tam yekunlaşacaq və yeni xətt istismara veriləcək.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR