Hökumət rüsumları qaldırdı: soğan, kartof, kələm... - Bazarda nə baş verəcək?

8-04-2019, 07:36 416 dəfə baxılıb

Hökumət rüsumları qaldırdı: soğan, kartof, kələm... - Bazarda nə baş verəcək?


Baş Nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Bununla da 2019-ci il aprelin 30-dək ölkədən 1 kq təzə və ya soyudulmuş kartofun ixracına görə 1 ABŞ dolları, mayın 31-dək isə ölkədən 1 kq şalot soğan, ağbaş, qırmızıbaş kələm və digərlərinin ixracına 2 ABŞ dolları gömruk rusumu tətbiq olunacaq.

Mütəsəxəssilərin fikirincə, daxili bazarın qorunması üçün verilən bu qərar ölkəyə idxal olunan adıçəkilən məhsulların qiymətinin bahalaşmasına təsir göstərəcək.

Xatırladaq ki, bu dəyişikliyə qədər hər il mart, aprel, may, sentyabr, oktyabr və noyabr ayları üzrə təzə və ya soyudulmuş kartof, o cümlədən soğan, ağbaş, qırmızıbaş kələm və digərlərinin idxalı gömrük rüsumundan azad edilirdi. Digər aylarda isə kartofun gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu tətbiq olunurdu.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR