Ramazan ayı mayın 6-da başlayır

18-04-2019, 20:06 344 dəfə baxılıb

Ramazan ayı mayın 6-da başlayır

Ramazan ayının ilk günü may ayının 6-na təsadüf edir.

Bu barədə ONA-ya Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Təşkilat şöbəsinin müdiri Əlirza Qafarov deyib.

O bildirib ki, may ayının 5-i axşamı niyyət axşamı, 6-sı Ramazan ayının birinci günüdür: “Ramazan təqviminə əsasən, mayın 6-sı Bakıda imsak saat 03:57-də, iftar isə saat 19:56-dır. Yəqin ki, yaxın günlərdə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bununla bağlı fətvasını elan edəcək”.

Qeyd edək ki, Ramazan təqvimi Şamaxı Astrofizika Rəsədxanası və QMİ tərəfindən birlikdə hazırlanır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR