600 manat rüşvət, 42 donor, tələf olan uşaq-ŞİRVANDA ŞOK OLAY

8-05-2019, 11:16 428 dəfə baxılıb

600 manat rüşvət, 42 donor, tələf olan uşaq-ŞİRVANDA ŞOK OLAY




Son zamanlar Azərbaycanda doğuş zamanı ana və uşaq ölümü ilə bağlı məlumatların sayı artıb.
Mütəxəssis çatışmazlığı, həkimlərin xəstələrlə kobud davranışı, tibbi ləvazimatların sanitariya qaydalarına uyğun olmaması və korrupsiya hallarından şikayətlənib.
Qeyri-hökümət təşkilatları bildirir ki, doğuş sahəsində vəziyyət "daha ciddidir" və statistik göstəricilər gerçəkliyi əks etdirmir.
Səhiyyə Nazirliyi isə iddiaları rədd edərək, doğum zamanı ölən ana və uşaq sayında artım olmadığını deyir. Dövlət Statistika Komitəsinin Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumatda isə deyilir ki, doğuş zamanı ölüm halları bir qədər artıb.

İntertv.az Şirvan Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verən ilginc bir hadisə haqda şahidləri danışdırıb.
Videoda danışan şəxs bildirib ki, bacısının doğum işini boynuna götürən Sevda həkim əvvəlcədən 600 manat rüşvət istəyib. Pul borc-xərc tapılıb verilib. Əməliyyat zamanı vurulan iynədən xəstənin böyrəyindəki təzyiq qalxıb. Uşaq tələf olub. Az qalıb ki, qadın da ölsün. Xəstənin qohumları xəstəxanaya gələrək qan veriblər. Düz 42 nəfər qan verib. Axırı Hacıqabuldan ayrı həkim gəlib xəstəni xilas edib. Xəstə narkozdan ayılmayıb. Bununçün Bakıdan həkim çaxırıblar və həmin həkimə də 100 manat pul veriblər.
Bax bizim səhiyyəmiz budur.

Bu azmış kimi, məsələ ilə bağlı araşdırma aparmaq istəyən əməkdaşlarımızı xəstəxana rəhbərliyi telekanalların ələ alınmış yerli nümayəndələrinə kamera ilə çəkdirərək şantaj etmək istəyir. Sadəcə ayıbdır. Belələrinə həmkar demək belə olmur.
Arzu edirik ki, sizin yaxınlarınız elə Sevda həkimin əlinə düşsün, onda kasıbın çəkdiyi zülmü anlayasınız.
“Babək” filmində Əzrək tələyə düşərkən dümənlərinə söylədiyi sözü elə sizə ünvanlamaq olar.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR