Fəhlənin barmağın amputasiya edirlər, hospital polisdən faktı gizlədir-QANUNSUZLUQ

27-08-2019, 08:57 415 dəfə baxılıb

Fəhlənin barmağın amputasiya edirlər, hospital polisdən faktı gizlədir-QANUNSUZLUQ

Ötən il istehsalatla əlaqəli sayılan 151 bədbəxt hadisənin təhqiqatı aparılıb. Baş vermiş hadisələr nəticəsində 61 nəfər həyatını itirib, 121 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Istehsalatda bədbəxt hadisələrlə bağlı aparılan təhlillər belə hadisələrin əsasən iş yerlərində əməyin mühafizəsi üzrə norma və qaydaların yerinə yetirilməməsi nəticəsində baş verdiyini göstərir.

Əmək Məcəlləsinə əsasən, təşkilati-hüquqi formasından asılı olmayaraq. bütün müəssisələrdə iş yerlərinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin, onların kollektiv və fərdi mühafizə vasitələri ilə təmin edilməsinə cavabdehlik işəgötürənin üzərinə düşür. Bununla bağlı işəgötürən tərəfindən sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması öhdəlikləri müəyyən olunub. Eyni zamanda, qanunvericilik müəsisədə əməyin mühafizəsinin təmin olunması ilə bağlı işçilərin vəzifələrini müəyyən edib. Yəni onların əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək, əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, fərdi mühafizə vasitələrindən istifadə etmək və s. kimi vəzifələri var/

Qanunvericilik pozulduqda isə bədbəxt hadisə baş verir.

Çox zaman tikinti şirkəti bu hadisəni gizləməyə çalışır.

Azerinfo.az-a daxil olan məlumata görə avqustun 21-də “Siti Hospitala” Əbdül Nadirov adlı fəhlə yaralı halda daxil olub. Onun ayaq baş barmağı amputasiya olub.

Nədənsə bu tibb ocağı polisə bu yaralı barədə məlumat verməyib.

Halbuki bunu dərhal etməliydi.

Bizə verilən məlumata görə fəhlə bu xəsarəti Salatın Əsgərova küçəsi 47 ünvanın ilə üzbəüzdə tikilən göydələndə işləyərkən alıb. Həmin tikintinin üzərində şirkətin adı əks edilmədiyindən adını qeyd edə bilmədik.

Araşdırmamız davam edəcək


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR