Sumqayıt Apellyasiya məhkəməsinin hakimindən Mehriban Əliyeva şikayət edildi-VİDEO

23-09-2019, 09:28 861 dəfə baxılıb

Sumqayıt Apellyasiya məhkəməsinin hakimindən Mehriban Əliyeva şikayət edildi-VİDEO


Ötən sayımızda Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs. 2-ci Bağlar küçəsi ev Ö/T 23 ünvanda qeydiyyatda olan Əliyev Eldar İsmayıl oğlu həm saytımıza, həm də Sumqayıt Apellyasiya Məhkəməsinin sədri xanım Səadət İnayət qızı Bəktaşiyə müraciətini dərc etmişdik. Şikayətçi Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Qafari Səyyad Ağaəli oğlu ilə bir zamanlar biznes şəriki olduğunu və onun tərəfindən tərəfindən qeyri-qanuni hərəkətlərə və əməllərə məruz qaldığını qeyd etmişdi.
Qeyd edək ki, tərəflər arasında məhkəmə çəkişməısi gedir və burada Eldar Əliyevin həyat yoldaşı Əliyeva Kəımalə Misirxan qızının da adı keçir.
Kəmalə xanım Azerinfo.tv redaksiyasına məktub göndərərək vitse-prezident Mehriban Əliyeva , Ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıb.
Həmin müraciəti olduğu kimi dərc edirik:


Müraciət

Sumqayıt Apellyasiya məhkəməsinin hakimi, biznes fəaliyyəti ilə məşğul olan Qafari Səyyad Ağaəli oğlunun qanunsuz hərəkətləri barədə məlumat verərək, məni və ailə üzvlərimi onun hədə qorxularından qorumaq istiqamətində təcili və təxirəsalınmaz tədbirlər görülməsi barədə göstəriş verməyinizi xahiş etmişəm.
Təkrar olaraq Sizə müraciət etməyə zərurət yaranıb. Belə ki, hakim Qafari Səyyad hakim statusundan istifadə edərək, mənim qanuni əsaslarla tikdirdiyim qeyri-yaşayış obyektini sökdürmək istəyir. İşin həqiqi halı isə ondan ibarətdir ki, Qafari Səyyad ilə həyat yoldaşım Eldar Əliyev uzun müddətdən bəri dost olublar. Birlikdə Məkkə şəhərinə həcc ziyarətinə gediblər. Səyyad Qafari hakim olmazdan qabaq, vəkil kimi Eldar Əliyevin hüquqlarını məhkəmədə müdafiə edib. 2013-cü ildə onlar birlikdə obyekt tikdirmək qərarına gəliblər. Yasamal rayonu, Mirəli Seyidov küçəsi 14 saylı binanın yaxınlığında torpaq sahəsi bəyənilib. Ərazinin boşaldılması, torpağın təmizlənməsi və rəsmiləşdirmə işləri başlanıb. Bütün işlərin şərikli görülməsi şərtləşdirilib. Eldar Əliyev torpağın təmizlənməsi, tikinti, ərazinin boşaldılması, Səyyad Qafari isə sənədləşmə işləri ilə məşğul olub. Şərtləşiblər ki, ilkin etapda hərəsi 200.000 manat vəsait xərcləsinlər, əgər pul çatmasa, yenə də əlavə edilır. Eldar Əliyev üzərinə düşəni edib, torpağı boşaldıb, təmizlədib, pullar xərcləyərək tikintini təşkil edib və 4-mərtəbəli obyekt tikilib. Səyyad Qafaridən onun payına düşən şərikli xərci istədikdə o deyib ki, torpağı mənim tanışlarım bizə ayırdığına, mənə güzəşt edildiyinə, əvvəllər başqa torpaq üçün verdiyimiz beh ikiqat qayıtmadığına, Eldar məndən borc götürdüyü zaman əlavə faizlər ilə qaytarmadığına görə obyektə pul xərcləməyəcəyəm və şərikəm. Hakim Səyyad Qafari Eldar Əliyevi virtual pullarla yükləyərək, real olaraq obyektə çəkilən xərclərin yarı hissəsini ödəmək istəməyib və 4-mərtəbəli obyektin yarı hissəsinin sökülməsi barədə Yasamal rayon məhkəməsində iddia qaldırıb. Həqiqət isə ondan ibarətdir ki, hazırda Səyyad Qafarinin həm torpaqdan, həm də tikintidən Eldar Əliyevə borcu var.
Səyyad Qafari tərəfindən mənə qarşı obyektin sökülməsi barədə iddia qaldırılmasına əsas, 07.04.2016-cı ildə ümumi sahəsi 450 kv.m. olan torpaq sahəsinin 225 kv.m.hissəsinin Səyyad Qafarinin təzyiqi və təkidi ilə qardaşı Seyran Qafarinin adına keçirilməsi olmuşdur. Belə ki, o, həyat yoldaşım Eldar Əliyevi dilə tutaraq mənim adıma olan torpağın yari hissəsinin öz qardaşının adına rəsmiləşdirilməsinə nail olmuşdur. Lakin bütün bu işlər qanunsuz şəkildə yerinə yetirilmişdir. Belə ki, alqı-satqı Səyyad ilə deyil, Seyran ilə rəsmiləşdirilmiş, torpağın alqı-satqı haqqı mənə ödənilməmiş, Bakı Şəhər İcra Hakimiyyəti ilə icarəmüqaviləsi bağlanmamış və 225 kv.m. sahənin torpaq icarə haqqı dövlət büdcəsinə ödənilməmişdir.
Bundan əlavə Səyyad Qafari 450 kv.m. torpaq sahəsinin 225 kv.m. hissəsinin qardaşının adına rəsmiləşdirən zaman bilirdi ki, torpağın üzərinə 4-mərtəbəli bölünməz daşınmaz əmlaktikilmişdir. Eyni zamanda torpağın bölünməsi zamanı əraziyə daşınmaz əmlakdan nümayəndələr gəlməmiş, həmçinin torpağın cizgisi mənimlə razılaşdırılmamışdır. Kim razı olar ki, üzərində obyekt tikilən torpağı başqa şəxsin adına rəsmiləşdirsin? Bundan əlavə üzərində bölünməz obyekt inşa edilən torpaq sahəsi Seyran Qafarinin nəyinə lazımdır?

Hörmətli Mehriban xanım !

Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunu hakimlərə biznes fəaliyyəti ilə məşğul olmağı qadağan edir. Əgər Səyyad Qafari biznes ilə məşğul deyilsə, bəs onda Eldar Əliyevlə şərikli işləri kim görüb? Nəyə görə hüquqşünas hakim biznes adamı ilə intensiv ünsiyyətdə və tədbirlərdə olub? Səyyad Qafari Nəsimi rayon məhkəməsində hakim işləyərkən, bütün hakim korpusu ilə Eldar Əliyevi tanış edib və bunu toy tədbirlərindəki şəkillər də asanca sübut edir.
Hazırda mən böyük bir hüquqşünas – hakim ailəsi ilə üz-üzə qalmışam. Səyyad Qafarinin arvadı Bakı Apellyasiya məhkəməsində məsləhətçi işləyir. Qaynı Kamran Əsədov Qaradağ rayon məhkəməsinin hakimidir. Qayınatası Bağır Əsədov respublikada tanınmış hüquqşünasdır. Onun qızları və gəlini isə müxtəlif hüquq mühafizə orqanlarında məsul vəzifələrdə çalışırlar. Belə olan halda mən özümdən, övladlarımdan, uşaqlarımın atası Eldar Əliyevdən, onun bütün bu çəkişmələrin nəticəsində onkoloji xəstəlik tapmasından narahatam.
Hazırda hakim Səyyad Qafari Yasamal rayon məhkəməsi vasitəsilə mənim obyektimin üzərinə həbs qoydurub. Mən həmin qərardan şikayət vermişəm. Məhkəmə baxışı 20.09.2019-cu il tarixə, Bakı Apellyasiya məhkəməsində, hakim Elşən Kazımovun icraatına təyin edilib. Həmin məhkəmə baxışının nəzarətə götürülməsini və obyektimin üzərindən həbsin götürürülməsinə köməklik etməyinizi xahiş edirəm.
Eyni zamandan Sizdən xahiş edirəm ki, Sumqayıt Apellyasiya məhkəməsinin hakimi Səyyad Qafarinin biznes fəaliyyəti ilə məşğul olmasını, mənim qanuni əsaslarla tikdirdiyim obyektinəyə görə sökdürmək istədiyinin araşdırılması və pozulmuş hüquqularımın bərpa edilməsi istiqamətində zəruri tapşırıqlarınızı verəsiniz. “



“Obyektimə qarovulmu kimi girəcəm?”





20 sentyabrda Bakı Apelyasiya Məhkəməsində tərəflər arasında növbəti məhkəmə prosesi keçirilib. Eldar Əliyev deyir ki, hakim Elşən Kazımov işə mahiyyəti üzrə baxmayıb.İddia qismən təmin edilib.
Qərar verib ki, obyektə girə bilərsən, amma tikinti apara bilməzsən:
“Mən bəyəm öz obyektimə qrovulçuluq edəcəm, tikinti getmirsə nəyə lazım o obyekt. Proses zamanı hakim deyir ki, niyə 100 minə görə bir belə hay-küy salırsan. Cavab verdim ki, 100 yox iki yüz mindən çox puldur.
Dolların məzənnəsi 0.78 olanda xərclənib o pul. Səyyad isə o pulu mənə vermək əvəzinə and içirdi ki, pul yoxdur.
Amma həmin ərəfədə 2 mərtəbəli ev, yoldaşının adına 2 ev, xalasının adına obyekt alıb. Horadiz qəsəbəsində də bağ evi tikdirib.

Goradildəki bağ evini isə arvadı Əsədova Aybəniz Bağır qızının adına rəsmiləşdirib.
Bir belə yer alıb,mənə isə pul yoxumdur deyir. Bununla bağlı qayınatası Bağır müəllimin yanına getdim. Dedi, narahat olma, yoluna qoyaram.
Səyyad sonra dedi ki, “Mado” restoranının müdiri ilə danışmışam, obyekti icarəyə götürüb təmir edəcək. Bu adla məni aldatdı. Mənə məxsus 18 sənədin əslini disklə birlikdə ona verdim. Sənədi verərkən videoçəkiliş etmişəm.Bu günə kimi sənədləri qaytarmayıb.
Hələ mən Nəsimi rayonunda onun müəyyən adamlarla nə işlər çevirdiyini demirəm. Deyiləsi çox şey var hələ.”

Mövzuya qayıdacağıq. Qarşı tərəf öz mövqeyini bildirə bilər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR