Bu rayonların icra başçıları əmrlərini gözləyir... - SİYAHI

18-11-2019, 17:38 423 dəfə baxılıb

Bu rayonların icra başçıları əmrlərini gözləyir... - SİYAHI


Yaxın günlərdə bir neçə rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad ediləcək. Bu barədə DİA.AZ-a mötəbər mənbədən informasiya daxil olub.

Xəbəri verən qaynaq bildirir ki, konkret olaraq 7 rayonun başçısı ilkin mərhələdə dəyişdiriləvək. Qeyd edək ki, mənbə dia.az-a həmin rayon rəhbərlərinin siyahısını təqdim edib. Biz də siyahını oxuculara çatdırırıq:

1. Biləsvuar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev;

2. Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev;

3. Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə;

4. Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov;

5. Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev;

6. Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev.

Mənbə iddia edir ki, Qusarın, Lənkəranın və daha 4 rayonun da icra başçısı yeni dalğada dəyişdiriləvək.

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR