Qardaşına, oğluna, qardaşı və bacısı oğlanlarına vəzifə verən məmurlar - SİYAHI

20-11-2019, 15:47 497 dəfə baxılıb

Qardaşına, oğluna, qardaşı və bacısı oğlanlarına vəzifə verən məmurlar - SİYAHI

Xəbər verdiyimiz kimi, Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizov bacısı oğlu Murad Ağayevi özünə yeni köməkçi təyin edib.
Öz qohumuna rəhbərlik etdiyi qurumda vəzifə verən məmurlar əvvəllər də olub.
Qohumlarını vəzifəyə təyin edən məmurların siyahısına keçmiş Nəqliyyat naziri Ziya Məmmədov başçılıq edib.
Nəqliyyat naziri Ziya Məmmədov vəzifədə olduğu illərdə qardaşına, qardaşı oğlunu, bacısı oğluna yüksək vəzifələr həvalə edib.
Ziya Məmmədov hələ nazir olmazadan əvvəl - "Azərbaycan Dəmir Yolları" QSC-nin rəisi olduğu zaman böyük qardaşı Nəriman Məmmədovu İqtisadiyyat və mühasibət şöbəsinin rəisi təyin edib. Nazir işlədiyi dövürdə isə böyük qardaşını Nəqliyyat Nazirliyinin tabeçiliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Kadrlar idarəsinə rəis təyin edib.
Bundan başqa Ziya Məmmədov digər qardaşı - Loğman Məmmədov Nəqliyyat Nazirliyinin ən böyük avtobazalarından birinə rəhbərlik edib. Onun oğlu, yəni Ziya Məmmədovun qardaşı oğlu "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin rəisi olub. Qardaşı oğlundan əvvəl isə bu vəzifədə Ziya Məmmədovun bacısı oğlu - Davud Əfəndizadə işləyib.
Nəqliyyat Nazirliyinin Lisenziyalaşdırma və Fərqlənmə Nişanlarının Rəsmiləşdirilməsi şöbəsinin rəisi Məzahir Məmmədov isə Ziya Məmmədovun əmisi oğlu olub. Qardaşı oğlunun rəis olduğu "Bakı Sərnişin Nəqliyyat" MMC-nin kadrlar idarəsinin rəisi Məlikağa Səfərov da Ziya Məmmədovun xalası oğlu olub.
Öz yaxın qohumunu vəzifəyə təyin edən nazirlərdən biri də sabiq Daxili işlər naziri Ramil Usubov olub. Daxili işlər naziri Ramil Usubov böyük oğlu Emil Usubovu Nazirliyin İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin edib.
Bir-neçə il əvvəl sabiq Vergilər naziri Fazil Məmmədov da bacısı oğlu Elnur İsgəndərova yüksək vəzifə verib. Nazir bacısı oğlunu Bakı Vergilər Departamentinin rəis müavin təyin edib. Onu da bildirək ki, Fazil Məmmədovun vəzifəyə təyin etdiyi bacısı oğlu eyni Binəqədi rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərovun oğlu olub. Nazirin digər bacısının həyat yoldaşı da Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəis müavini Namiq Quliyev olub.
Bacısı oğluna vəzifə verənlərdən biri də Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı İbrahim Mehdiyevin bacısı oğludur. İbrahim Mehdiyev İcra başçısı olduğu zaman Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri onun bacısı oğlu Elşən Mustafayev olub.
Qardaşı oğlu ilə eyni qurumda çalışanların biri də Daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyevdir. Belə ki, nazir müavininin qardaşı oğlu, polis mayoru Mahir Quliyev 23-cü Polis Bölməsinin rəis müavini təyin edilib.
Sabiq Müdafiə naziri Səfər Əbiyev Silahlı Qüvvələrin Hərbi Akademiyasının Simulyasiya Mərkəzinə qardaşı oğlu Vüqar Əbiyevi rəis müavini təyin edib.yeniavaz.com


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR