Azərbaycanda həkimlərin profilləri dəyişə bilərmi?

17-04-2020, 12:41 245 dəfə baxılıb

Azərbaycanda həkimlərin profilləri dəyişə bilərmi?


Rusiya Prezidenti Valdimir Putinin tapşırığına əsasən Rusiya Federasiyasının təsis qurumlarının rəhbərlərinə və yüksək vəzifəli şəxslərinə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üzrə Dövlət Şurasının işçi qrupu ilə birlikdə tibb təşkilatlarının tibb işçiləri ilə təchiz edilməsi üçün tədbirlər görəcək. Prezidentin tapşırığında o da qeyd olunub ki, lazım gələrsə, digər ixtisaslardan olan həkimlərinin yenidən profilləndirilməsi təmin edilməldir.

Bəs, hazırda ölkəmizdə buna necə, zərurət varmı?

Tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında hələlik ölkəmizdə buna zərurət olmadığını bildirib: "Ehtiyac olarsa, müəyyən, hətta birbaşa olaraq ixtisası uyğun olmayan həkimlər də bu işə cəlb oluna bilər. Burada söhbət ümumi, intensiv reanimasyon tədbirlərin görülməsindən gedir. Terapevtlər, cərrahlar, başqa sahələrin mütəxəssisləri də bu işə cəlb oluna bilər. Əslində bu həm də mobilizasiyadır. Lakin qeyd edim ki, hələlik ölkəmizdə bu problem yoxdur. Bu baxımdan da hələlik ki, həkim çatışmazlığından söhbət gedə bilməz".

"Bundan başqa, Azərbaycan Tibb Universitetinin müəllim heyəti də bu işə cəlb olunub. Eyni zamanda da universitetin Tədris Korpusu karantin xəstəxanası adı altında fəaliyyət göstərir. Bizim xeyli həkim resursumuz var. Sadəcə olaraq müəyyən situasiya yaransa, bu beynəlxalq təcrübədən yararlanmaq olar", - deyə o əlavə edib.

A.Qeybulla bildirir ki, hazırda ölkədə koronaviruslu xəstələrlə işə yalnız infeksionistlər deyil, reanimatoloqlar, pulmonoloqlar intensiv müalicə ilə məşğul olan şəxslər - terapevtlər də cəlb olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR