Oğlu 200 minlik maşın sürən biznesmen başçı –Arif Qasımov erasının sonu gəlir

8-05-2020, 22:56 651 dəfə baxılıb

Oğlu 200 minlik maşın sürən  biznesmen başçı –Arif Qasımov erasının sonu gəlir

Nizami Rayon İcra başçısı olan Arif Qasımovun korrupsionerlikdə əlinə su tökməyə nə Vilyam Hacıyev, nə də o biri həbs olunmuş icra başçıları yarayır.
Əvvala Nizami rayonu əyalət deyil. Axtarış aparılsa Vilyam Hacıyevin sərvəti onunkunun yanında qəpik-quruş kimi görsənər.


Kimdir Arif Qasımov. Azerinfo.tv onun haqqında danışacaq.

Qısa tərcümeyi-halı

Arif Qasımov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda – Xanlıqlar kəndində anadan olub. O, Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas iftisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayonu İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləyib. İcra hakimi vəzifəsinə təyin olunana qədər isə Nizami Bələdiyyəsinin sədri olub. İndiki vəzifəsi haqda sərəncamdan öncə Arif Qasımov prezidentin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Fermalardan, obyektlərədək biznesi

Bildirək ki, digər yüksək çinli məmurlarımız kimi, A.Qasımov da geniş biznes şəbəkəsi ilə tanınıb. 2011-ci ildə Siyəzənin icra başçısı təyin olunan Arif Qasımov özü üçün rayonda bir neçə nəhəng ferma inşa etdirib. Bu fermaları saхlamaq üçün təbii ki, əkin və otlaq sahələrinə ehtiyac var. Arif Qasımov bu ehtiyacı ödəmək üçün fermerlərə uzun müddətə icarəyə verilmiş bələdiyyə torpaqlarını zəbt edib. Həmin ərazilər indi icra başçısının fermalarına хidmət edir. O vaxt cumhuriyyet.az yazırdı ki, Arif Qasımovun Siyəzəndə bir neçə üzlük daş sexləri də fəaliyyət göstərir. Həmin seхlər rayonda görülən bütün təmir-tikinti işlərini tikinti materialları ilə təmin edirdi və çox yəqin ki bu proses Nizami rayonunda davam etdiriləcək. Amma Arif Qasımovun biznesi Siyazənlə mədudlaşmır. Məlumatlı mənbələrin sözlərinə görə, onun əvvəllər bələdiyyə sədri işlədiyi, indi isə icra başçısı kimi təyinat aldığı Nizami rayonunda, icra başçısının nümayəndəsi olduğu Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir neçə ticarət obyekti fəaliyyət göstərir. Həmçinin icra başçısının Bakının müхtəlif yerlərinə tikinti işləri apardığı bildirilir. Paytхatda özünün və yaхınlarının adına onlarla mənzilinin, dəyəri milyonlarla manatla ölçülən bir neçə villasının olduğu da deyilir.
Qohumlar şəbəkəsi

Siyəzənə rəhbərlik edən məmurun Nizami İcra Hakimiyyətində və bələdiyyəsində kifayət qədər dostu var. Məmur bu dostlarının vasitəçiliyi ilə Nizami rayonunun mərkəzi hissələrində torpaq sahələri alıb obyektlər tikdirir. Onun icra etdiyi tikinti layihələrinə, ümumiyyətlə biznesinin idarə olunmasına qardaşı Vüqar Qasımov nəzarət edir. Bundan başqa, Arif Qasımovun bəzi yaxın qohumları Sabunçu rayonunun Ramana qəsəbəsində qanunsuz torpaq satışı ilə məşğul olurlar. Sözügedən qəsəbənin yarısı məhz icra başçısının qohumları tərəfindən satılıb. Həmin şəxslərin arxasında isə birbaşa icra hakiminin özü dayanıb.

Nizami rayonu necə talanır?

Siyəzənə rəhbərlik etmiş A.Qasımov paytaxtın ən böyük rayonlarından birinə başçı təyinatından sonra sükut hökm sürür. Hazırda bu rayonda yollardan tutmuş, insanların yaşayış səviyyəsinə kimi vəziyyət pisləşib. Nizami baxımsız rayona çevrilib. Rayonun yol infrastrukturu düzəlmir ki, düzəlmir. A.Qasımovun gəlişindən sonra rayonda küçələrin bərbad olması, ağacların kəsilərək ərazilərin baha qiymətə satılması indi dəb halına çevrilib.

Küçələrin arasındakı ağaclıqların məhv edilərək 10-15 min manat alınaraq çayxanaya çevrilməsi sıradan bir hadisə sayılır. Nizamidə avtoyuma məntəqələrinin durmadan artması da maraq doğuran hallardır. Köhnə icra başçısının əməllərini davam etdirən A.Qasımovun daha bir gəlir yeri avtoyuma məntəqələrindən yığılan pullardır. Qaydaya görə, hər avtoyuma məntəqəsinin sahibi aylıq pul ödəyir. İcra başçısı kimi təyinat aldığı Nizami rayonunda, icra başçısının nümayəndəsi olduğu Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir neçə ticarət obyekti fəaliyyət göstərir. Həminin icra başçısının Bakının müхtəlif yerlərinə tikinti işləri apardığı bildirilir.
Ümumiyyətlə icra başçısının adı dəfələrlə yaşıllıqların kütləvi kəsilməsində və yerində obyektlərin tikilməsində dəfələrlə hallanıb.
Rayon ərazisində iri ticarət mərkəzlərindəki yanğınlarda da üzərində şübhələr olub.
Hərbi xidmətdə ola-ola 200 minli maşın sürən də Arif Qasimovun oğlu idi. Onunla bağlı materiallar o qədərdir ki, bir məqaləyə sığmaz. Bizi izləyin




loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR