Ekologiya Nazirliyi susur, Bandotdel bunları həbs etməsə Şimalda ağac qalmayacaq-VİDEO

25-05-2020, 18:02 598 dəfə baxılıb

Ekologiya Nazirliyi susur, Bandotdel bunları həbs etməsə Şimalda ağac qalmayacaq-VİDEO


Ana təbiətin bəşəriyyətə bəxş etdiyi füsunkar gözəlliklərdən biri olan meşələri yer kürəsinin “ağ ciyərləri” adlandırırlar. Meşələr təmiz havası, oksigen zənginliyi, fauna və flora gözəlliyi ilə uşaqdan tutmuş böyüyədək hər kəsin rahatlıq və sərbəstlik məkanı sayılır.
Təbiətin qoynunda dincəldiyimiz zaman boy-boya verib ucalan ağacların, sıx kolların, ətirli yaşıllığın və şəfalı dərman bitkilərinin nə qədər vacib olduğunu dərk edirik. İsti aylarda istirahət məkanının təbiətin qucağı seçilməsi ən düzgün qərardır. Çünki insan məhz təbiətin qoynunda olanda onunla daha məhrəm təmas yaradanda, bumbuz bulaq suyundan içəndə, sanki, başqa aləmə düşür, ətrafın gözəlliyindən, ona gətirdiyi ruhi və mənəvi dinclikdən zövq alır.
Təəssüflər olsun ki, bəzən insanlar həyatları üçün mühüm əhəmiyyət kəsb edən bu meşələrin bilərəkdən və ya bilməyərəkdən qəniminə çevrilir.
2 ay qabaq Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən ölkə ərazisində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı kompleks tədbirlər hazırlanaraq həyata keçirildi.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hər iki dövlət qurumuna vətəndaşlardan Oğuz, Qəbələ rayonları ərazilərində yerləşən meşə sahələrində qiymətli ağac növlərinin meşələrin mühafizəsinə məsul olan idarənin əməkdaşları tərəfindən qanunsuz olaraq kəsilməsi barədə çoxsaylı müraciətlər daxil olmuşdu.
Qeyd olunan xüsusatların hərtərəfli və obyektiv araşdırılması məqsədilə adıçəkilən rayonların meşə zonaları və meşə təsərrüfatının mühafizəsinə məsul olan şəxslər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat nəzarətinə götürüldü.
Yüksək peşəkarlıqla həyata keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Oğuz və Qəbələ rayonları ərazisində yerləşən meşələrdə ağacları kəsərək emal müəssisələrinə satışı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə tərəfindən həyata keçirilib.
Vəzifəsi meşə sahələrinin qorunması və inkişaf etdirilməsi olan mərkəzin direktoru İlqar Qəribovun və qeyrilərinin cinayət əməlləri təkzibedilməz sübutlarla təsdiq edildi.
Araşdırmalarla məlum olmuşdur ki, dəstə üzvləri öz qulluq mövqelərindən sui-istifadə edərək uzun müddət Qəbələ, Oğuz rayonlarında meşə sahələrində ağacların qanunsuz kəsilərək satışı ilə məşğul olublar.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin saxlanması təmin olundu.




Azerinfo.tv-yə verilən məlumata görə Şimal rayonlarımızda ağaclar yenə məhv edilir.
Ağac kəsintisinin olduğu yerlər : Quba-Alpan şöbəsinin 5-ci dolayı.Əmirbəytov Çingizə həvalə edilib. Cəmi 10 gündür. 10 günün içində meşəni ağlar qoyub.
Qusar şöbəsinin 24 saylı dolayı. 21 ədəd ağac kəsilib. Oktay adlı şəxsə həvalə edilib.
Həmin yerdən video və fotonu təqdim edirik.
İndi Daxili İşlər Nazirliyindən xahiş edək ki, bu zonaya da “bandotdeli” göndərsin? Yoxsa Ekologiya Nazirliyi öz məsuliyyətini hiss etmir.
Qarşı tərəfi dinləyə bilərik.



Ekologiya Nazirliyi susur, Bandotdel bunları həbs etməsə Şimalda ağac qalmayacaq-VİDEO
Ekologiya Nazirliyi susur, Bandotdel bunları həbs etməsə Şimalda ağac qalmayacaq-VİDEO

Ekologiya Nazirliyi susur, Bandotdel bunları həbs etməsə Şimalda ağac qalmayacaq-VİDEO
Ekologiya Nazirliyi susur, Bandotdel bunları həbs etməsə Şimalda ağac qalmayacaq-VİDEO


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR