Daha bir icra başçısının şirkətlərinin SİYAHISI YAYILDI

20-06-2020, 13:16 277 dəfə baxılıb

Avropanın 3 ölkəsində çoxsaylı şirkətlər sahibi olan Qubanın icra başçısı Ziyəddin Əliyevin Azərbaycanda da şirkəti var.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib.

2016-cı ilin noyabrın 1-də qeydiyyatdan keçmiş “METAS-R” Məhdud Məsuliyyətli Cəmiyyəti icra başçısının oğlu RƏŞAD ƏLİBƏYLİnin adına rəsmiləşdirilib. Şirkət Ziyəddin Əliyevin və ailə üzvlərinin qeydiyyatda olduğu NİZAMİ RAYONU, ƏLAĞA KÜRÇAYLI, ev 7, m. 45-də hüquqi ünvan alıb.

Şirkətin fəaliyyət istiqaməti ilə bağlı məlumat yoxdur.

İcra başçısının Avropadakı şirkətləri Ukrayna, Çexiya və Avstriyanı əhatə edir. Ziyəddin Əliyevin biznesinə Ukraynanın Lvov vilayətinin Nikolayevsk şəhərində 7 milyon avroya başa gələn asfalt zavodu, tikinti-konstruksiya kombinatı və istehsal, ticarət, xidmət sahələrində fəaliyyət göstərən şirkətlər daxildir.

1. ALOV ASFALT ZAVODU (Ukrayna)

2. MİKOLAYEV-LVOV İNŞAAT ŞİRKƏTİ (Ukrayna)

3. “ALOV” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ukrayna)

4. “ALOV TİCARƏT EVİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ukrayna)

5. “ALOV-BUD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ukrayna)

6. SMANBUD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Avstriya)

7. SMANBUD TOV (Ukrayna)

8. “Nikolayev-Lvov Tikinti Konstruksiya Kombinatı” Anonim Şirkəti (Ukrayna)

9. AZ SERVIS – NR s.r.o. (Çexiya).

10. “METAS-R” MMC (Azərbaycan).

Avropadakı şirkətlər özünün və digər oğlu Nicat Əlibəylinin adına rəsmiləşdirilib. Fotoları təqdim edirik

Daha bir icra başçısının şirkətlərinin SİYAHISI
Daha bir icra başçısının şirkətlərinin SİYAHISI


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR