Zakir Hüseynov səhhəti ilə bağlı istefa verib-Hazırda istirahətdədir

4-07-2020, 12:18 893 dəfə baxılıb

Zakir Hüseynov səhhəti ilə bağlı istefa verib-Hazırda istirahətdədir

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı, internet şəbəkəsinin əhatə dairəsinin və sürətinin artması dünyanı yalan xəbərlər - “fake news” axını ilə üz-üzə qoyub. Sosial şəbəkələrin informasiya daşıyıcılığında önə keçdiyi indiki mərhələdə bu axın getdikcə güclənməkdə, dövlətlərin, insanların həyatına daha sürətlə daxil olmaqdadır.
Müasir dünyamızda sıravi insanlardan tutmuş, dövlət rəhbərlərinə qədər - çox geniş təbəqələr yalan xəbərlərdən əziyyət çəkməkdədir. ABŞ kimi dünya nəhənginin prezidenti Donald Tramp böyük media orqanlarının yalançılığından gileylənirsə, sadə Azərbaycan vətəndaşı sosial şəbəkə istifadəçilərinin, ardınca isə İnternet xəbər resurslarının yaydıqları yalanların problemini yaşayır.
Yalan xəbərlə mübarizə hazırda bütün beynəlxalq təşkilatların gündəmindədir. BMT-dən tutmuş, ATƏT, Avropa Şurasının müxtəlif formatlarda təşkil etdikləri müzakirələrdə bu məsələ ciddi şəkildə qoyulur.Çox təəssüf ki, indiyədək elə bir model tapılmayıb ki, onu tətbiq etməklə yalan xəbərlərin yayılmasının qarşısı əhəmiyyətli şəkildə alına bilsin. Buna görə də müzakirələrin sonunda adətən ölkələrin özlərinə müraciət olunur ki, yalan xəbərlərlə mübarizədə hər kəs bacardığı vasitələri tətbiq etsin.
Bax elə dünən yerli KİV-lərdə Gəncə Təhsil İdarəsinin rəhbəri Zakir Hüseynovla bağlı xəbərlər yayılıb.
Xəbərdə Zakir Hüseynovun vəzifəsindən alındığı və fəaliyyəti ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətində və Baş Prokurorluqda araşdırma aparıldığı deyilir.
Əvvala qocaman pedaqoq olan Zakir Hüseynov özü vəzifəsindən istefa verib. 65 yaşı tamam olub, diğər tərəfdən uzun müddətdir səhhətində yaşadığı problemlər onu vəzifəsini icra etməkdə çətinlik yaradırdı.
Absurd ittihamlar, guya saytların hansısa araşdırmalarına görə dövlət orqanlarının hərəkətə keçməsi filan kimi yazılar ancaq gülüş doğurur.
İnzibati orqanlar bu qədər savadsızdır ki, hansısa portalın, əməlli oxucusu olmayan saytın savadsız yazısına görə adam haqda araşdırma başlatsın?
Həm də saytlar məxfi məlumatı” DTX və Baş Prokurorluqdan necə əldə ediblər? Axı rəsmi məlumat yoxdur.
Səhhətindəki problemlərlə bağlı mübarizə aparan bir insanı yalan xəbərlə daha ağır duruma salmaq heç bir etikaya sığmır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR