Ağdamda müdhiş korrupsiya: müdir 200 nəfəri maaş kartını cibinə qoyub-SİYAHI

9-07-2020, 18:39 943 dəfə baxılıb

Ağdamda müdhiş korrupsiya: müdir 200 nəfəri maaş kartını cibinə qoyub-SİYAHI

Ötən ilin ilin əvvəli prezident İlham Əliyevin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində işsizliyi aradan qaldırmaq məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) yaradılıb. Agentliyin “DOST İş Mərkəzi” işsiz vətəndaşların işlə təminatını və onlara əməkhaqqı verilməsini həyata keçirir. Proqram çərçivəsində ictimai işlərə cəlb olunan vətəndaşlar rayon məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olanların arasından seçilir. Rəsmi məlumata görə, haqqı ödənilən bu ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə təşkil edilib. Ödənişli ictimai işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və sair daxildir. Ancaq “Milletinsesi.info-ya danışan Ağdam sakini iddia edir ki, bu proqram çərçivəsində yalnız küçə təmizlikçisi işlərinə cəlb olunurlar:
“Hamımızdan peşəmizi, ixtisasımızı, hansı sahədə işlə maraqlandığımızı soruşub qeydiyyat apardılar. Sonra bizə boş müqavilə vərəqələrinə imza atdırdılar. Dedilər, müqavilələr Bakıya gedib, “DOST” İş Mərkəzində təsdiqlənib qaytarılanda iş yerləriniz, şərtlər də qeyd ediləcək. Sonradan müqavilələrimizi göstərəndə hamı narazılıq etdi. Çünki bütün müqavilələrdə ucdantutma hamını təmizlikçi işiylə təmin ediblər. Üstəlik, müqavilədə iş saatı 8 saat yazılıb, ancaq Ağdam Kommunal Müəssisələri Kombinatının sədri deyir, lazım gəlsə, 10-12 saat da işləyəcəksiz.
Təmizlikçi işi ilə təmin olunanların və işə çıxmalı olan rayon işsizlərinin çoxu təzə işindən imtina edib və işə çıxmayıb.
Lakin bu Ağdam Kommunal Müəssisələri Kombinatı sədri
Fəzil Mehdiyevə lap göydəndüşmə olub.
Hazırda kombinatda 230-dan çox işçi rəsmi qeydiyyatda. Dövlət də pulunu ödəyir.
Ancaq əslində işə çıxan 70-80 nəfər işçi ola ya olmaz.
Qalan işçilərin , yəni “ölü can”ların maaş kartı Fəzail Mehtiyevin cibində.
Yadınızdadırsa DTX –nın həbs etdiyi sabiq icra hakimiyyəti başçılarında da belə maaş kartları aşkarlanmaşdı.
Demək ki, dövlət büdcəsində əmələ gəlmiş bu korrupsiya yarası tam sağalması üçün bütün gəmirici məmurlar həbs olunmalıdır.
Fəzail Mehdiyevin barasində əlaqədar orqanlar araşdırma başlamalıdır.
Mövzuya qayıdacağıq. Təqdim etdiyimiz işçi siyahısındakıların olub-olmamasını yoxlamaq üçün prokurorluq orqanlarına göndərəcəyik.

Ağdamda müdhiş korrupsiya: müdir 200 nəfəri maaş kartını cibinə qoyub-SİYAHI
Ağdamda müdhiş korrupsiya: müdir 200 nəfəri maaş kartını cibinə qoyub-SİYAHI
Ağdamda müdhiş korrupsiya: müdir 200 nəfəri maaş kartını cibinə qoyub-SİYAHI
Ağdamda müdhiş korrupsiya: müdir 200 nəfəri maaş kartını cibinə qoyub-SİYAHI
Ağdamda müdhiş korrupsiya: müdir 200 nəfəri maaş kartını cibinə qoyub-SİYAHI
Ağdamda müdhiş korrupsiya: müdir 200 nəfəri maaş kartını cibinə qoyub-SİYAHI


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR